Avstraliya və Yeni Qvineyada yaşayan monotrem heyvanlar – xüsusilə ornitorenk və echidna – məməli olmalarına baxmayaraq yumurta qoyurlar. Bu, onları digər məməlilərdən fərqləndirən nadir bir xüsusiyyətdir. Monotrem heyvanların süd vəzisi olsa da, onların məmə ucu yoxdur. Bunun əvəzinə, balalar südü dəridəki məsamələrdən alırlar.

Alimlər bu canlıların genetik quruluşunu araşdırdıqda məlum olub ki, onlar həm sürünənlərin, həm də məməlilərin xüsusiyyətlərini daşıyırlar. Bu fakt təkamül tarixində monotrem heyvanların xüsusi bir mövqeyə sahib olduğunu göstərir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
