Papa Fransisk 2013-cü ilin 13 martından 2025-ci ilin 21 aprel tarixinə qədər Papa vəzifəsində çalışıb.
Onun əsl adı Xorxe Mario Berqogliodur. O, Argentinanın Buenos-Ayres şəhərində anadan olub və Müqəddəs Taxt-tacda xidmət etmiş ilk yezuit kimi tarixə düşüb. Xorxe uşaqlıqda ailəsinə kömək etmək üçün qəssab olmaq istəyib. Hətta bir dəfə ailəsinə qəssabı göstərib belə deyib: “Baxın, onun nə qədər pulu var!”
Lakin zamanla o, elmə maraq göstərməyə başlayıb. Kimya mühəndisliyi üzrə təhsil alıb və müəllimləri onun görkəmli alim ola biləcəyini düşünürdülər.
Bir vaxtlar tibb fakültəsinə daxil olmağı planlaşdırsa da, bir kilsəni ziyarət etdikdən sonra fikrini dəyişib və seminariyaya yazılıb. Seminariyaya daxil olmazdan əvvəl isə maddi çətinliklərə görə çalışdığı müxtəlif işlər arasında gecə klubunda mühafizəçi (bouncer) kimi işlədiyi də olub.
2001-ci ildə Papa II İohann Pavel onu kardinal rütbəsinə yüksəldib. Daha sonra Berqoglio Roma Kuriyasında müxtəlif inzibati vəzifələrdə çalışıb. 2005-ci ildə Papa II İohann Pavelin ölümündən sonra Berqoglio papalığa namizədlərdən biri hesab olunub, lakin o seçkilərdə qalib gəlməyib.
Elə həmin il, 2005-ci ildə, ona qarşı cinayət işi açılıb. İddialara görə, 1976-cı ildə o, ölkəni idarə edən hərbi xunta ilə əməkdaşlıq edib və iki yezuit rahibin oğurlanmasında iştirak edib. Lakin bir neçə ildən sonra bu ittihamlar əsassız sayılaraq ləğv edilib.
Papa Fransisk öz gerbi üçün Matta İncilinin 9-cu fəslindən bu şüarı seçib: "Miserando atque eligendo" — "Əfv edildi və buna görə də, seçildi".
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
