Bu gün:

"Apple" və "Meta"ya 700 milyon avro cərimə...


Avropa İttifaqı "Apple" və "Meta"ya böyük texnologiyanın gücünü məhdudlaşdırmaq üçün son qanunvericiliyə əsasən 700 milyon avro (599 milyon funt sterlinq) cərimə ödəməyi tələb edib. Avropa İtt "App Store"a görə "Apple"a 500 milyon avro (428 milyon funt-sterlinq), Meta isə istifadəçi məlumatlarını idarə etdiyinə görə 200 milyon avro (171 milyon funt-sterlinq) cərimələnib.

Bizim Avropada vətəndaşların və innovativ bizneslərin hüquqlarını qorumaq borcumuz var”, - komissar Henna Virkkunen açıqlamasında bildirib.

İki nəhəng texnologiya firması bu hadisəyə qəzəblə reaksiya verib, "Meta" AB-ni "uğurlu Amerika bizneslərini maneə törətmək cəhdində" günahlandırıb. "Apple" isə "ədalətsiz şəkildə hədəf alındığını" və "texnologiyamızı pulsuz verməyə" məcbur edildiyini söyləyib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et