Bu gün:

Səkkizayaqlar yuxu görə bilər


Alimlər dənizlərin sirli canlıları olan səkkizayaqların ağıllı olmaları ilə yanaşı, yuxu da görə biləcəyini aşkar ediblər. Yeni araşdırmalar göstərir ki, səkkizayaqlar yuxu zamanı rəngini dəyişir və bədən quruluşlarında sürətli dəyişikliklər yaşayır. Bu dəyişikliklərin insanlarda və bəzi məməlilərdə olduğu kimi yuxu görmə prosesi ilə əlaqəli ola biləcəyi düşünülür.


Tədqiqatın diqqəti səkkizayaqlarda REM yuxusuna bənzər bir vəziyyətin mövcudluğu üzərindədir. REM (Rapid Eye Movement) yuxusu insanlarda yuxuların ən sıx şəkildə yaşandığı mərhələ kimi tanınır. Alimlər müəyyən ediblər ki, oxşar proses bəzi səkkizayaq növlərində də baş verir. Bu müddət ərzində səkkizayaqların dəri rəngi qəfil dəyişir, qollarında titrəmə müşahidə edilir, bəziləri isə qısa hərəkətlər nümayiş etdirir.


Texas Universitetində dəniz bioloqu Dr.David Scheel: "Oktopusların beyinləri kifayət qədər mürəkkəbdir. Biz bu canlıların şüurlu təcrübələri olub-olmadığını anlamağa çalışırıq. Onların dəri dəyişikliyinə əsasən onların bəlkə də yuxu gördüklərini söyləmək mümkündür",- deyib 


Səkkizayaqlar onsuz da aşkarlanması ən çətin heyvanlar sırasındadır. Qısa ömür sürmələrinə baxmayaraq bu canlılar öyrənməyə son dərəcə açıqdır; labirintləri həll edə bilirlər, alətlərdən istifadə edirlər və ətraf mühitə uyğunlaşmaqda son dərəcə uğurlu olurlar.


Səkkizayaqlar həqiqətən yuxu görürsə, bu, təkcə dəniz biologiyası üçün deyil, həm də şüur və zehnin öyrənilməsi üçün inqilabi ola bilər. Elm adamları bu mövzuda daha çox müşahidələr və təcrübələr apararaq bu füsunkar sualtı ağıl dünyasını anlamağa çalışırlar.



Mənbə: Evrim ağacı

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et