Bu gün:

Konspirasiya inancı


Konspirasiya nəzəriyyəsi müəyyən hadisə və ya vəziyyətin arxasında gizli və çox vaxt pis niyyətli bir qrupun və ya təşkilatın dayandığını iddia edən inanclardır. Konspirasiya nəzəriyyələrinin populyar olmasının arxasında psixoloji amillər dayanır.

Konspirasiya nəzəriyyələrinə inam epistemik (ətraf mühiti anlamaq), ekzistensial (təhlükəsizlik və nəzarət hissi əldə etmək) və sosial (özünü və sosial qrupu müsbət şəkildə təqdim etmək) motivasiyalarla idarə olunur. Lakin az sayda araşdırma konspirasiya inancının nəticələrini öyrənib və mövcud tədqiqatlar göstərir ki, bu inanc insanların motivasiyalarını tam olaraq ödəməyib. Əksinə, bir çox insanlar üçün konspirasiya inancı daha çox cazibədar, amma təminedici olmaqdan daha az təsirli ola bilər. 

Konspirasiya inancı əsasən epistemik, ekzistensial  və sosial motivasiyalardan qaynaqlanır. Lakin tədqiqatlar hələlik bu inancın həmin motivasiyaları effektiv şəkildə təmin etdiyini sübut etməyib və ilkin nəticələr göstərir ki, bu inanc çox vaxt həmin ehtiyacların qarşılanmasına əks təsir edə bilər.

Bu səbəbdən, konspirasiya inancı motivasiya olunmuş sosial idrakın özünə zidd bir forması kimi dəyərləndirilə bilər. Bununla belə, hələ də açıq qalan vacib suallar var və konspirasiya inancının nəticələrinə dair (xüsusilə bu inancdan faydalanma ehtimalı yüksək olan həssas və imkansız qruplar üzərində) daha çox nəzarətli araşdırmalara ehtiyac duyulur.

Mənbə: National Library of Medicine

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et