Bu gün:

Pişiklər üçün sağlam mühitin 5 yolu


Ev heyvanlarımız üçün xoşbəxt və sağlam bir yaşayış sahəsi yaratmaq düşündüyünüzdən daha asan ola bilər. Heyvan sahibləri kiçik dostlarının sağlamlığını və xoşbəxtliyini hər şeydən üstün tuturlar. Xüsusilə pişiklər həm fiziki, həm də zehni stimullaşdırmaya ehtiyac duyurlar. Beləliklə, pişikiniz üçün ideal bir mühit necə olardı? Pişikinizin sağlamlığını və xoşbəxtliyini təmin etmək üçün istifadə edə biləcəyiniz 5 sadə, lakin təsirli üsul:


1. Təhlükəsiz və sakit məkan təmin edin

Pişiklər özlərini təhlükə hiss etmədikləri sakit bir ərazi axtarırlar. Onlara xüsusi çarpayı, gizlənə biləcəkləri künc və ya hündür rəf kimi təhlükəsiz yerlərin təmin edilməsi stress səviyyələrini azaldır və dinc bir mühit təmin edir.


2. Cızma sahələri yaradın

Pişiklərin cızmaq üçün təbii instinkti var. Evin müxtəlif yerlərində cızma dirəkləri yerləşdirmək həm mebellərinizi qoruyacaq, həm də pişiyinizin əzələlərini məşq edərək sağlamlığını dəstəkləyəcək.


3. Təmiz su və balanslaşdırılmış pəhriz

Təmiz su və balanslaşdırılmış qida sağlam ətraf mühit üçün əvəzolunmazdır. Pişikinizin suyunu hər gün yeniləyin və yemək seçərkən onun yaşına, çəkisinə və sağlamlıq vəziyyətinə uyğun məhsullar seçin. Lazım gələrsə, bir baytardan kömək istəyin.


4. Oyuncaqlarla zehni stimullaşdırma təmin edin

Pişiklər oynayan zaman həm əylənir, həm də zehni olaraq stimullaşdırılır. Müxtəlif növ oyuncaqlardan (toplar, zəka oyuncaqları, lələk çubuqları) istifadə edərək, pişiyinizin enerjisini müsbət yönləndirə bilərsiniz.


5. Təmizliyə və gigiyenaya diqqət edin

Zibil qutusunun müntəzəm təmizlənməsi evin ümumi gigiyenası və pişikinizin sağlamlığı üçün çox vacibdir. Həmçinin evdə istifadə edilən təmizləyici məhsulların pişiklər üçün təhlükəsiz olduğundan əmin olun.


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et