Türkiyə Təbibləri Birliyinin Ailə Təbabəti Şöbəsi Türkiyənin müxtəlif vilayətlərində meningokok meningitinə yoluxmaların artdığını açıqlayıb.
Qurum sosial media hesablarında bir paylaşımda Kocaelidən sonra İstanbulda da bir uşağın həyatını itirdiyini bildirib. Türkiyə Təbiblər Birliyi Səhiyyə Nazirliyini “son günlərdə artan yoluxma hallarına işıq salmağa” çağırıb. Menengitin bir növü olan xəstəlik damcı və tənəffüs yolları ilə ötürülür və daha çox hərbi düşərgələr, bazarlar, dini və idman tədbirləri kimi insanların sıx olduğu yerlərdə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, meningokok meningit ən çox 3-12 aylıq körpələrdə, qoruyucu anticisimlər hələ əmələ gəlmədiyi zaman müşahidə olunur. Mütəxəssislərin fikrincə, meningokok meningitindən ən yaxşı qorunma peyvənddir.
Mənbə:BBC NEWS
Tərcümə etdi:Səftərova Səmayə
