Norveçli səyyah və tədqiqatçı Tur Heyerdal öz araşdırmalarında qədim xalqların okeanlararası səyahətlərinin mümkünlüyünü sübut etməyə çalışmışdır.
Onun ən məşhur səfərlərindən biri, Polineziya mədəniyyətinin mənşəyinə dair irəli sürdüyü fərziyyəni yoxlamağa yönəlmişdi. Heyerdal hesab edirdi ki, Polineziya adalarının əhalisi Asiyadan deyil, Cənubi Amerikadan köç etmiş ola bilər. Bu nəzəriyyəni sübut etmək üçün o, qədim dövrlərdə mövcud olan texnologiyalara əsaslanaraq, Cənubi Amerikadan Polineziyaya doğru səyahətin mümkün olub-olmadığını araşdırmağa qərar verib.
1947-ci ildə o, "Kon-Tiki" adlı ekspedisiya təşkil etdi. Heyerdal və beş nəfərlik komandası, cəmi 9 kündədən düzəldilmiş, iti yaylı və sadə yelkənli bir salda Sakit Okeanın üzərindən 4300 dəniz mili (təxminən 8000 kilometr) məsafə qət etdilər. Bu səyahət göstərdi ki, texniki baxımdan Cənubi Amerikadan Polineziyaya belə primitiv vasitələrlə keçmək mümkündür. Bu, Heyerdalın nəzəriyyəsini tam sübut etməsə də, onun elmi və cəmiyyət qarşısındakı iddialarına ciddi maraq və müzakirə yaradıb.
Heyerdal bununla kifayətlənməyərək, qədim xalqların digər transokeanik səyahətlərinin də mümkünlüyünü araşdırmağa davam etdi. O, qədim misirlilərin də bənzər texnologiyalardan istifadə edərək Atlantik okeanını keçib Amerika qitələrinə çata biləcəyi fikrini irəli sürdü. Sonrakı illərdə o, oxşar quruluşlu sal və qayıqlar vasitəsilə Misirdən Qərb istiqamətində səyahətlər təşkil edib.
Bu ekspedisiyalar, qədim sivilizasiyaların düşündüyümüzdən daha bacarıqlı və uzaq məsafələrə səyahət etməyə qadir olduğunu göstərmək baxımından mühüm rol oynayıb.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
