Payız gələndə təbiətin rəngləri kəskin şəkildə dəyişir və ən diqqət çəkənlərindən biri ağaclarda yarpaqların saralmasıdır. Bəs bu maraqlı transformasiyanın arxasında hansı elm dayanır?

Fotosintezin azalması
Ağacların yarpaqlarında bitkinin yaşaması üçün lazım olan enerjini təmin edən xlorofil piqmenti var. Xlorofil yaşıl rəngi ilə tanınır və bitkinin günəş işığını udaraq fotosintez vasitəsilə enerji istehsal etməsinə kömək edir. Payızda günlər qısaldıqca və temperatur aşağı düşdükcə ağaclar fotosintez prosesini ləngidir. Bu proses xlorofil istehsalının azalmasına səbəb olur və yaşıl rəng yox olur və yarpaqlarda digər piqmentlər ortaya çıxır.
Xlorofildən başqa, yarpaqlarda müxtəlif piqmentlər də var: karotenoidlər (sarı və narıncı rənglər) və antosiyaninlər (qırmızı və bənövşəyi çalarlar). Xlorofil azaldıqca bu piqmentlər daha aydın olur və yarpaqlar sarı, narıncı və qırmızı rənglər alır. Sarı və narıncı rənglər karotenoidlərdən, qırmızı və bənövşəyi rənglər isə antosiyanin piqmentlərindən qaynaqlanır.
Ağaclar enerjiyə qənaət edir
Yarpaqların saralması əslində ağacın qışa hazırlaşan bir hissəsidir. Yarpaqlar ağacın yay boyu su itirməsinə səbəb olur. Qış aylarında yerin donduğu zaman su tapmaq çətinləşdiyindən ağaclar yarpaqlarını tökərək su itkisinin qarşısını alır. Bundan əlavə, ağacın yarpaqlarını qida ilə təmin etmək enerji tələb edir, buna görə ağaclar qida maddələrini köklərində saxlayır və yarpaqları tərk edirlər.
Ağac yarpaqlarının saralması təbiət dövrünün bir hissəsidir və ağacların qış şəraitinə uyğunlaşmasına şərait yaradır. Bu təbii proses təkcə bioloji dəyişiklik deyil, həm də payız rənglərinin füsunkar iğtişaşını yaradan bir hadisədir.
Buna görə də, yarpaqlar yalnız payızda rəng dəyişdirmir, həm də ağacın sağ qalma strategiyasının mühüm hissəsidir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
