Bu gün:

Conatan Anderson Dior Kişi Geyimləri Kolleksiyasını dizayn edəcək


WWD xəbər verir ki, dizayner Conatan Anderson Diorun kişi geyimləri xətti üçün yeni kolleksiya yaradacaq.

Bu xəbəri LVMH səhmdarlarına qrupun baş direktoru, Natalya Vodianovanın qayınatası Bernard Arnault bildirib. Bununla belə, biznesmen Andersonun brendin yeni yaradıcı direktoru olub-olmadığını hələ dəqiqləşdirməyib.

Xatırladaq ki, 2025-ci ilin martında 40 yaşlı dizayner brend üçün 11 il işlədikdən sonra Loewe-də oxşar postu tərk edib. Dior ilə işinə əlavə olaraq, o, JW Anderson adlı öz brendini inkişaf etdirməyə davam edir.  

Mənbə: lady mail

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et