Kosmosun dərinliklərində, Herkules bürcündə yerləşən nəhəng ulduzlar yığımı olan M13, həm səma həvəskarlarının, həm də elm adamlarının diqqətini cəlb etməyə davam edir.
Messier 13 (qısaca M13) adlı bu ulduz çoxluğu Yerdən təxminən 22.200 işıq ili uzaqlıqda yerləşir. Əhatəsi təxminən 145 işıq ili olan bu çoxluqda 300 mindən çox ulduz mövcuddur. Yay vaxtlarında durbin və ya kiçik teleskopla müşahidə oluna bilən bu kosmik yer "Herkules Qlobular Kütləsi" adı ilə də tanınır.
İlk dəfə 1714-cü ildə astronom Edmond Halley tərəfindən kəşf edilən M13, 1764-cü ildə məşhur fransız astronomu Şarl Mesyenin kataloquna daxil olub. O vaxtdan bəri, göyə baxanların sevimli müşahidə obyektinə çevrilib.
Elm dünyası üçün böyük əhəmiyyət kəsb edən M13, 1974-cü ildə tarixi bir hadisəyə də şahidlik edib. Bəşəriyyət haqqında məlumatların yer aldığı Arecibo Mesajı, Puerto Rikodakı Arecibo Radio Teleskopundan bu çoxluq istiqamətində göndərilib. M13-ə çatmaq üçün təxminən 25.000 il çəkəcək bu siqnal, yerdənkənar həyatla əlaqə yaratmaq səylərinin simvoluna çevrilib.
Kosmosun bu təsirli quruluşu, həm astronomiya həvəskarlarına, həm də elm adamlarına kainatın böyüklüyünü və sirrini xatırlatmağa davam edir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
