Bu gün:

İkinci Dünya Müharibəsindən qəribə faktlar


İkinci Dünya Müharibəsi insanlıq tarixində ən böyük münaqişələrdən biridir. Amma məşhur döyüşlərdən başqa maraqlı hadisələr də var.


Məsələn, Yaponiya ABŞ ərazisini vurmaq üçün təxminən 9.000 ədəd bomba ilə dolu hava şarı göndərib. Onlardan 300-ə yaxını Amerikaya çatıb. Bu hadisələrdən biri nəticəsində, Oreqon ştatında altı nəfər həyatını itirib.


Sovet ordusunda 60.000-dən çox it xidmət edib. Bu itlər mina axtarır, yaralıları döyüş meydanından çıxarır və əhəmiyyətli məlumatları çatdırırdı. Bəziləri hətta düşmən tanklarını məhv edib.


İtaliyada “Tombola” əməliyyatı zamanı britaniyalı əsgər Devid Kirkpatrik hücum zamanı düşmənə qarşı döyüşərkən volinka (şotland musiqi aləti) ifa edib. Bu hərəkət həm motivasiya, həm də simvolik məna daşıyırdı.


Nasistlər işğal etdikləri ərazilərdən, xüsusilə SSRİ-dən, xarici görünüşünə görə “nordik” sayılan minlərlə uşağı Almaniyaya aparıb. Bu uşaqlar alman mədəniyyəti ilə tərbiyə olunaraq assimilyasiya edilib.


Bir dəfə sovet pilotu təkbaşına dörd alman Bf-109 təyyarəsinə qarşı hava döyüşündə iştirak edib və sağ çıxmağı bacarıb. Bu hadisə sovet pilotlarının peşəkarlığını və cəsarətini göstərir.


Mənbə: Pikabu


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et