Pişiyiniz yanınızdan keçərkən sizə sürtünür və heç nə olmamış kimi yoluna davam edirmi? Bu davranış ilk baxışda sevimli bir şəfqət jesti kimi görünə bilər, amma bunun arxasında göründüyündən daha mürəkkəb bir mesaj gizlənə bilər. Əsrlər boyu pişiklərin sürtünmə davranışı müxtəlif cür şərh edilib və biz bu sirli vərdiş haqqında hər gün yeni məlumatlar öyrənirik. Bəs, pişiklər bunu həqiqətən niyə edirlər?

Pişiklərin həmin bölgələrində xüsusi qoxu vəziləri yerləşir və bu vəzilərdən ifraz olunan feromonlar onların aləmində bir növ imza funksiyasını daşıyır. Feromonları üzərinizdə buraxmaqla pişiklər sizə sahib olduqlarını bildirir. Bu davranış analardan övladlara ötürülən bir ünsiyyət formasıdır və tez-tez qəbul, salamlaşma və ya aidiyyət əlaməti kimi istifadə olunur.
Eyni zamanda bu sürtünmə xarici aləmdən gətirdiyiniz qoxuları öz qoxusu ilə ört-basdır etmə cəhdidir.
Pişiklər bunu yalnız insanlara edir?
Paylaşılan ətir yad fərdləri ayırd etməyi asanlaşdırır və qrup daxilində sülhü gücləndirir. Eyni zamanda bu qoxular sayəsində pişiklər bir-birlərinin sağlamlıq vəziyyəti, aqressivlik səviyyəsi və hətta cütləşmə uyğunluğu kimi məlumatları deşifrə edə bilirlər. Beləliklə, bir pişik sizə sürtünəndə sadəcə “salam” demir, həm də “sən indi mənimsən” mesajını verir.
Əgər siz mətbəxə girən kimi pişiyiniz şkaflara sürtünürsə, bu, çox güman ki, onun ac olduğuna işarədir. Yaxud pişiyiniz yemək qabına gəlib sizə sürtünürsə, bu, onun sizə yumşaq bir şəkildə “onu artıq doldurun” demək üsuludur. Bəzi pişiklər bu davranışdan natəmiz zibil qutusu və ya susuz yemək qabı kimi narahatedici vəziyyətləri göstərmək üçün də istifadə edə bilər.
Bəzən bu sürtünmənin arxasında başqa bir mesaj ola bilər.
Rutin sürtünmə ümumiyyətlə müsbət qəbul edilsə də, onun qəfil və həddindən artıq şəkildə başlaması bəzən sağlamlıq probleminin əlaməti ola bilər. Bu səbəbdən pişiyinizin sürtünmə vərdişlərini diqqətlə müşahidə etmək vacibdir.

Əgər pişiyiniz qeyri-adi şəkildə daim sürtünməyə başlayıbsa və bu davranış digər simptomlarla müşayiət olunursa, diqqətli olmalısınız. Həddindən artıq sürtünmə — bu, allergiya, qulaq infeksiyaları, parazitlər və ya sinir sistemi problemləri kimi bəzi tibbi vəziyyətlərin əlaməti ola bilər.
Hətta hiperhəssaslıq pozuntusu adlanan xüsusi bir hal da bəzi pişiklərdə bu cür davranışa səbəb ola bilər. Əlbəttə, hər bir sürtünmə narahatlıq səbəbi deyil, lakin qəfil və kəskin dəyişikliklərə ciddi yanaşmaq vacibdir. Belə hallarda baytarla məsləhətləşmək ən doğru addımdır.
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova
