İnsanlar arasında daş alətlərin görünüşü ilə bağlı məsələ artıq həll edilib və bu, əsasən, bir nümunə olaraq qəbul edilir.
Əvvəllər iki əsas fikir mövcud idi. Birincisi, uzaq əcdadlarımızın təsadüfən yerə atdıqları daşların parçalaması, itiləşməsi və istifadəyə başlanması ilə bağlı "Təkamül dövrü" olub. İkincisi isə, insanların əvvəlcə yerdə itilənmiş daşları tapıb, sonra onları özləri itiləməyi öyrəndikləri fikridir.
İkinci fərziyyə daha məntiqli görünür, amma burada vacib bir nüans var: təbiətdə çox az sayda təbii "kəskin" daşlar var və onların bu qədər çox tapılması mümkün deyil. Bununla belə, əvvəllər bu fikir qəbul edilsə də, sonrakı daş alətləri araşdırmaları göstərib ki, təbiətdə çox böyük miqdarda iti daşlar var, lakin sadəcə biz onları harada axtarmağı bilmirdik.
Bu nəticəyə əsaslanaraq, çox güman ki, qədim insanlar əvvəlcə yerdən iti daşları tapıb və sonra özləri belə daşları yaratmağa başlayıblar.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
