Pişiyiniz yanınızdan keçərkən sizə sürtünür və yoluna davam edir? Bu davranış ilk baxışda sadə bir sevgi ifadəsi kimi görünə bilər, amma arxasında daha dərin və maraqlı səbəblər gizlənir. Əsrlər boyu bu sirli hərəkətin müxtəlif izahları verilib.

Niyə pişiklər başlarını, yanaqlarını və ya quyruqlarını bizə sürtürlər?
Pişiklərin həmin bölgələrdə xüsusi qoxu vəziləri var və bu bezlərdən ifraz olunan feromonlar onların aləmində bir növ imza kimidir. Feromonları üzərinizdə buraxmaq onların sizə sahib olduqlarını bildirir. Bu davranış analardan onların övladlarına ötürülən bir ünsiyyət formasıdır və tez-tez qəbul, salamlaşma və ya aidiyyət əlaməti olaraq istifadə olunur.
Eyni zamanda bu sürtünmə xarici aləmdən gətirdiyiniz qoxuları öz qoxunuzla boğmaq cəhdidir.
Əslində, bu davranışın pişik dünyasında olduqca yaygın olduğunu söyləyə bilərik. Xüsusilə vəhşi pişiklərdə və küçə koloniyalarında fərdlər qrup qoxusu yaratmaq üçün bir-birinə sürtülürlər.
Paylaşılan ətir yad adamları ayırd etməyi asanlaşdırır və qrupda sülhü artırır. Eyni zamanda, bu qoxular sayəsində pişiklər bir-birlərinin sağlamlıq vəziyyəti, aqressivlik səviyyəsi və hətta cütləşməyə uyğunluğu kimi məlumatları deşifrə edə bilirlər . Beləliklə, bir pişik sizə sürtünəndə, sadəcə "salam" demək deyil, "sən indi mənimsən" deyir.
Bəzən bu sürtünmənin arxasında başqa bir mesaj ola bilər.
Əgər siz mətbəxə girən kimi pişiyiniz şkaflara sürtünürsə, bu, çox güman ki, onun ac olduğuna işarədir. Yaxud pişiyiniz yemək qabına gəlib sizə sürtünürsə, bu, onun sizə yumşaq bir şəkildə "onu artıq doldurun" demək üsuludur. Bəzi pişiklər bu davranışdan natəmiz zibil qutusu və ya susuz yemək qabı kimi narahatedici vəziyyəti göstərmək üçün istifadə edə bilər .
Rutin sürtünmə ümumiyyətlə müsbət hesab edilsə də, həddindən artıq sürtünmənin qəfil başlaması bəzən sağlamlıq probleminin əlaməti ola bilər. Buna görə pişikinizin sürtmə vərdişlərini diqqətlə müşahidə etmək vacibdir.
Əgər pişikiniz qeyri-adi bir şəkildə daim sürtünməyə başlayıbsa və bu davranış digər simptomlarla müşayiət olunursa, diqqətli olmalısınız. Həddindən artıq sürtünmə,bu allergiya, qulaq infeksiyaları, parazitlər və ya sinir sistemi problemləri kimi müəyyən tibbi vəziyyətlərin əlaməti ola bilər.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
