Yeni elmi tədqiqatlar göstərir ki, bəzən salyangozlar 3 ilə qədər davam edən yuxu dövrünə girə bilirlər. Bu vəziyyət, əsasən, ekstremal hava şəraiti və ya qida çatışmazlığı zamanı baş verir.

Tədqiqatçılar bildirir ki, bəzi tropik salyangoz növləri sıx quraqlıq və ya soyuq havadan qorunmaq üçün bədənlərini xüsusi maye ilə örtərək özlərini qabıqlarına “möhürləyirlər” və bu zaman metabolizmləri minimum səviyyəyə enir. Nəticədə, onlar adətən bir neçə ay, bəzən isə 2-3 il hərəkətsiz və yuxu vəziyyətində qala bilirlər.
Bu xüsusiyyət salyangozların çətin şəraitlərdə sağ qalma bacarığını artırır və onları bioloji baxımdan maraqlı canlılardan birinə çevirir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
