Bu gün:

Aya getmək kosmonovtlarda psixoloji problemlər yarada bilər!


NASA insanları aya aparmaqda və aya 6 dəfə peykə endirməkdə böyük uğur əldə etsə də, ABŞ-ın ümumi probleminin kosmonavtları üzərində əks olunmasının qarşısını ala bilmədi və missiyadan sonra onların psixi sağlamlığına nəzarət etmədi.

Time jurnalının 2009-cu ildə açıqladığı kimi, kosmonavtlar missiyalardan əvvəl ciddi şəkildə yoxlanılsalar da, missiyalardan sonra eyni şəkildə izlənilməyib. Lids Metropolitan Universitetinin Psixologiya Departamenti Dr. Steve Taylor deyib:

"Əgər siz kosmonavtsınızsa, bütün həyatınız müəyyən bir işə yönəlir. Həmin missiya başa çatdıqda, sanki kosmonavtın varlıq hissi əlindən alınır".


Nil Armstronq aydan sonrakı şöhrətin öhdəsindən bir qədər yaxşı çıxsa da, onun yaxın dostu Buzz Aldrin ağır depressiya və alkoqolizmdən əziyyət çəkirdi. Aldrin 2009-cu ildə Guardian-a deyib:

 "Depressiya və obsesif şəxsiyyət kimi müxtəlif istiqamətlərə gedən meyllərim olub. Bu meylləri ömür boyu mükəmməllik və nizam-intizamla bəsləyib aradan qaldırsam, təəssüf ki, şəxsi dəyər və şəxsiyyətin dərk edilməsi ilə bağlı daha təhlükəli ölçülərə çata bilər. Komandanın bir hissəsi olaraq etməli olduğunuzu etdiniz, amma indi nə edəcəksən? Siz avtomobil satıcısı kimi başlayırsınız, ən pisi. Bunun bir insanın eqosuna nə verə biləcəyini heç düşünmüsünüzmü?"

Mənbə: Evrimağacı

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et