Dünyada ev heyvanı saxlayanların sayı getdikcə artır. Onlara daimi qayğı lazım olduğu üçün insanlar evdən çıxarkən narahat olurlar. Bu səbəbdən heyvan otelləri yayılmış və ehtiyacı qarşılayan mərkəzlərə çevrilmişdir. Son illərdə isə bu otellər daha dəbdəbəli xidmətlərlə fərqlənir.
Heyvan otelləri, səyahət və ya tətil zamanı ev heyvanlarının rahat və təhlükəsiz şəkildə qalması üçün nəzərdə tutulub. Bəzi 5 ulduzlu otellər təkcə yemək, su kimi ehtiyaclarını deyil, həm də otaq xidməti, gündəlik fəaliyyətlər və doğum günü kimi tədbirlərlə geniş xidmətlər təklif edir.
1. Whiskers Resort & Pet Spa - Grand Rapids /Miçiqan
Bu oteldə itlər üçün LCD televizor və çarpayı ilə təchiz olunmuş 10 kvadrat metrlik otaqlar mövcuddur. Otaq xidməti 24 saat ərzində fıstıq yağı və jele sendviçləri, qızardılmış it yeməkləri və içkilər təklif edir. Bundan əlavə, Whiskers Universitetinin mütəxəssisləri tərəfindən itlərə təlimlər də keçirilir.
2. Heavenly pet resort – Yüksək ibadətgah şəhəri /Kaliforniya
Pişik və itlər üçün nəzərdə tutulmuş oteldə geniş xidmətlər mövcuddur. Otaqlarda təbii işıqlandırma, qaldırılmış çarpayılar, gündə üç dəfə oyunlar, üzgüçülük hovuzu və açıq havada idman proqramı təklif edilir. Eyni zamanda, ev heyvanları sahibləri üçün pedikür və üz baxımı kimi xidmətlər də təqdim olunur.
3. Patıköy it və pişik oteli / İstanbul
Təbiətdə sərbəst hərəkət etməyə imkan verən heyvan oteli İstanbulun Anadolu Yaxasında yerləşir. Heyvanlar daim nəzarət altında olub, digər dostları ilə birlikdə əyləncəli vaxt keçirirlər.
4. İzmir pişik mehmanxanası/ İzmir
2015-ci ildə açılan bu otel, pişiklərə qəfəsə ehtiyac olmadan sərbəst şəkildə xoş vaxt keçirməyə imkan verir. Müştəriləri tərəfindən məmnuniyyətlə qarşılanan otel, ev heyvanlarınızın tətildə qalması üçün ideal seçimdir.
5. Ritzy dog house / Nyu York
Ev heyvanları üçün nəzərdə tutulmuş bu otel çox dəbdəbəli və möhtəşəmdir. Seçimə görə, itlər ictimai suitdə və ya televizor və oyuncaq sandığı ilə təchiz olunmuş şəxsi otaqlarda qala bilərlər. Otelin heyvan geyimləri və suvenir mağazaları da sahiblərinin diqqətini çəkir.
6. Paradise ranch pet resort / Los Angeles /
Tətil kəndində ev heyvanları üçün xüsusi su parkı mövcuddur. Heyvan sahibləri, öz heyvanlarına nəzarət etmək üçün oteldəki xüsusi kamera sistemindən istifadə edə bilərlər. Heyvanlar, otelin müxtəlif otaqlarında sərbəst hərəkət edib vaxt keçirə bilərlər.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
