Bu gün:

Texnologiya dövründə doğulan Alfa nəslinə kimlər aiddir?


Nəsil eyni dövrdə yaşayan və ortaq xüsusiyyətlərə sahib insanlardan ibarət qrupdur. X, Y, Z nəsilləri bizə tanışdır, bəs Alfa nəsli haqqında nə bilirsiniz?

Alfa nəsli nədir? Alfa nəsli hansı illəri əhatə edir?

Adını Yunan əlifbasının ilk hərfi “Alfa”dan alan bu nəsil, Z nəsilindən sonra, Beta nəsilindən əvvəl gəlir. 2010-cu ildən sonra doğulan və Y nəsli nümayəndələrinin övladları olan Alfa nəsli, 21-ci əsrdə və 3-cü minillikdə doğulan yeganə nəsildir.

2024-cü ilin sonuna qədər doğulan uşaqlar Alfa nəslinə aiddir, 2025-ci ildən etibarən doğulanlar isə artıq Beta nəslinə mənsub sayılır.

Alfa nəsli yaxın gələcəkdə iş həyatına atılacaq bir nəslin nümayəndələridir. X, Y, Z nəsilləri artıq yaxşı tanınsa da, Alfa nəslinə dair məlumatlar hələ kifayət qədər deyil.

Alfa nəsli rəqəmsal və texnologiya dünyasında böyüyən bir nəsildir. Azadlıq, hüquq və ədalətin ön planda olduğu bir dövrdə formalaşan bu nəsil, müstəqil düşünən və öz qərarlarını verə bilən fərdlərlə xarakterizə olunur.

Araşdırmalara görə, rəqəmsal mühitdə böyüyən Alfa nəsli fikirlərini açıq ifadə edən və iyerarxiyanı qəbul etməyən bir nəslə çevrilib. Bu nəsil, iş dünyasında mövcud qaydaları asanlıqla qəbul etməyən bir nəsil kimi tanınacaq.

Hər nəsil doğulduğu və yetişdiyi dövrə uyğun formalaşır və cəmiyyətin aynasına çevrilir. Hüquq və azadlıq mübarizəsinin artdığı bir zamanda böyüyən Alfa nəsli isə öz fikirlərini formalaşdırmaq gücünə və haqqına sahibdir.

Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et