Latın Amerikasında Hitlerə aid izlərin axtarışı ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məxfiliyini ləğv etdiyi sənədlər, xüsusilə, bu mövzuya maraq göstərənlər üçün cəlbedici ola bilər.
MKİ-nin açıqladığı sənədlər arasında, bəzən inanılması çətin olan, lakin arxivlərə daxil edilən çoxsaylı qeydlər yer alır. Məsələn, 1991-ci ildə dərc olunmuş bir jurnal məqaləsində Rusiya hərbçilərinin bir UFO-nu raketlə vurduqları, hadisə nəticəsində oradan çıxan humanoid varlıqların əsgərləri naməlum radiasiya ilə öldürərək 23 nəfəri daş heykəllərə çevirdiyi iddia olunur. Bu cür məlumatlar fantastik səslənsə də, MKİ bu cür qeydləri toplayaraq arxivləşdirib.
MKİ-nin əsas funksiyalarından biri də, nə qədər qeyri-real və ya qəribə səslənsə belə, dolaşan məlumatları izləmək və qiymətləndirməkdir. Bu çərçivədə kimsə Hitlerlə bağlı bir şayiə yaydıqda və ya zarafat etdikdə, MKİ bunu qeydə alır, dəyərləndirir və əsassız olduğu qənaətinə gəldikdə araşdırmanı dayandırır. Bu cür sənədlərdə əslində hər hansı dərin sui-qəsd nəzəriyyəsi deyil, sadəcə informasiyanın izlənməsi prosesi əks olunur.
Yəni, bu sənədlər bir sensasiya və ya təsdiqlənmiş faktlar toplusu deyil, daha çox müxtəlif iddiaların toplanması və onların rəsmi kanallar vasitəsilə nəzarət altına alınmasını göstərən materiallardır.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
