Bu gün:

Mağara biologiyasındakı yeni kəşflər nələrdir?


Günəş işığının çatmadığı qaranlıq mağaralarda qeyri-adi həyat mövcuddur. Alimlər mağara biologiyası (troqlobiologiya) sahəsində hər gün yeni növlər kəşf edir. Bu canlılar milyonlarla il ərzində təcrid olunaraq heyrətamiz uyğunlaşmalar inkişaf etdiriblər.

Ötən ay Türkiyənin Antalya vilayətindəki Altınbeşik mağarasında aparılan kəşfiyyatlar zamanı daha əvvəl tanınmayan kor böcək növü aşkar edilib. Araşdırma qrupunun üzvü, bioloq Dr. Sibel Karaca, “Bu canlıların işıqsız, az oksigen və az qida şəraitində necə yaşaya bildikləri, təbiətin nə qədər yaradıcı olduğunu bir daha göstərir”, - deyə vurğulayıb. 


Bir çox mağara canlıları piqmentasiyasını və görmə qabiliyyətini itirmiş, amma toxunma və kimyəvi qavrayış kimi hissləri kəskinləşdirmişdir. Həmçinin, bu mühitlər mikroorqanizmlərlə də zəngindir. Bəzi bakteriyalar isə mağara qayalarında olan mineralları enerjiyə çevirərək sağ qalırlar.


Mütəxəssislər mağaraların yalnız biomüxtəliflik üçün deyil, həm də iqlim dəyişikliyi və yeraltı ekosistemlərin qorunması baxımından kritik əhəmiyyət daşıdığını vurğulayırlar. Mağara biologiyası sahəsindəki araşdırmalar isə göstərir ki, yerin dərinliklərində hələ də kəşf edilməyi gözləyən böyük sirlər mövcuddur.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et