
Balaca pəncələri ilə dünyaya gələn pişik balalarının qucaqlanıb ana sevgisi ilə qidalanmasına baxmaq qədər dinc bir mənzərə təsəvvür etmək çətindir. Ancaq bəzən işlər səhv gedə və ana pişik öz pişiklərini rədd edə bilər. Bu vəziyyət nə qədər ürəkağrıdan olsa da, çox vaxt bunun arxasında çox güclü bioloji və ya davranış səbəbləri dayanır. İlk baxışdan bunu başa düşməyə bilərik, amma bəzən ana pişik instinktiv olaraq çətin bir qərar verir. Çox vaxt bu qərar əslində digər nəsilləri qorumaq məqsədi daşıyır.
Əvvəla, panikaya düşməyək, çünki bəzən tərk edildiyini düşündüyümüz balalarımız əslində heç tərk edilmir.
Bir çox insanlar çöldə bir qrup pişik gördükdə dərhal analarının onları tərk etdiyini düşünürlər. Əslində, ana pişik çox yaxında ov edir və ya ərazidə təhlükələri yoxlayır.
Sahibsiz pişiklər yırtıcılardan qorumaq üçün pişik balalarını qəsdən müxtəlif yerlərə yaya bilər.
Əgər balalar tam təhlükəsizdirsə və qısa bir ağlamadan sonra yuxuya gedirlərsə, anası yəqin ki, yaxınlıqdadır. Bu səbəbdən, dərhal müdaxilə etmək əvəzinə, vəziyyətin həqiqətən tərk edilib-edilmədiyini görmək üçün bir neçə saat müşahidə etmək daha yaxşı olardı.
Ancaq bəzi məqamlar var ki, tərk edilmək həqiqətən ürəkağrıdıcı ola bilər.

Bəzən ana pişik qəsdən xəstə və ya fiziki deformasiyaya uğramış pişik balasını istisna edər. Bu, xəstəliyin digər balalara keçməsinin qarşısını almaq və ya zəif olanın bütün südü qəbul etməməsini və sağlam balaları risk altına atmamasını təmin etməkdir. Bəzən fiziki deformasiya ana pişiyin instinktiv olaraq pişik balasını rədd etməsinə səbəb ola bilər.
Belə hallarda baytarlar rədd edilən balanın başqalarının da xaric edilməsinə səbəb olmaması üçün ayrı saxlanmasını tövsiyə edirlər. Deməli, bu davranış qəddar görünsə də, instinktiv olaraq bir növ qoruma mexanizmidir.
Gənc və ya travma almış analarda imtina davranışı bir az daha mürəkkəb və emosionaldır.

Hələ kifayət qədər yetkin olmayan çox gənc pişiklər analıq instinktlərini tam inkişaf etdirməmiş ola bilərlər. Bəziləri əvvəlcə maraqsız görünə bilər, lakin zamanla analığa uyğunlaşa bilər, bəziləri isə tamamilə maraqsız ola bilər.
Xüsusilə doğum zamanı çətin anlar yaşayan və ya təhlükəsiz mühitdə olmayan pişiklərdə yüksək səviyyədə stress və narahatlıq müşahidə edilir. Bu ruh halı ananın özünü təhlükəsiz hiss etməsinə mane olur və onun övladına lazımi diqqət yetirməsini çətinləşdirə bilər. Belə hallarda ən yaxşı addım anaya dəstək olmaq və lazım olduqda baytardan kömək istəməkdir.
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova
