Tərznamə rubrikası olaraq bu gün Gözəllik trendlərinə nəzər yetirəcəyik!
1. Pastel tonlar
2024-cü ildən qalan və bu ildə davam edəcək olan “coquette core”-( nazlı qız core) daha da çəhrayılaşır!

Pastel rənglər həm geyimdə həm makyajda bu ildə aktuallığını qoruyacaq.
2. Dağınıq saçlar
Pradanın son dəfiləsindən sonra artıq dağınıq saçlar trenddədir. 2024 rəsmi və çətin saç düzümlərini sevirdisə, 2025 minimallığı və naturallığı qəbul edir.

3. Rəngli göz layneri
Minimallıq, sadəlik? Yox, eşitməmişik!
Yaşasın avanqardlıq və rəngarənglik!
2024-cü ildə yenidən trend olan neon rənglər ( “Brat” albomunu yadımıza salırıq) yenidən aktualdır. Neon laynerləri almağa tələsin!

4. 60-cı illərin saç düzümü
“Köklərinə qayıtmaq” modanın ən böyük qaydasıdır. İllər öncə trend olan hər şey qayıdır ( hətta 2012 İsabel Marant belə).
Bu trend 60-ci illərə də aiddir. İri qıvrım və böyük həcm. Bir qadının xoşbəxtliyi üçün nə lazımdır?

5. Rokoko stili
Rokokoya aid hər şey qayıdır!
Bəs Rokoko nədir?
Rokoko üslubu 18-ci əsrin birinci yarısında (təxminən 1720-1780) Fransada yaranan zərif lüks, yüngüllük və oynaqlıq estetikasıdır. O, daha sərt Barokkonu əvəz edib və həzzin, naxışçılığın və bədii hedonizmin vizual təcəssümü olub.
Moda da isə Rokoko-korsetlər, pastel rənglər, fijmalar ( ətəyin “zəng kimi” durması üçün xüsusi konstruksiya), hündür saç düzümləri, pudralı saçlar (bəli, elə siz düşündüyünüz pudra).
21-ci əsrdə isə Rokoko müasir Marie Antoinette obrazı olaraq sayıla bilər.
Bu stillə maraqlanırsızsa Dior və Vivien Westwoodun son illərdə ki şoularına nəzər yetirə bilərsiz.

Unutmayın, tərz sadəcə geyim deyil, danışmadan öncə kim olduğunun pıçıltısıdır!
Hazırladı: Fatimə Umarbəy
