Bu gün:

Pulp yeni albomunu təqdim edir


1990-cı illərin əvvəlində “The Stone Roses” Böyük Britaniyanın ən məşhur musiqi qruplarından biri olub. İndi isə musiqisevərlərin uzun zamandır gözlədiyi sual cavabını tapıb: “Pulp bu qədər ildən sonra nə edəcək?” Britpop janrının əfsanəvi qrupu olan Pulp təxminən 25 ildən sonra yeni albom çıxaracaqlarını elan edib. Albomun adı “More” olacaq və iyun ayında çıxacaq. Albomdan yayılan ilk mahnı əvvəlki Pulp mahnılarına bənzəyir. Qrupun solisti Jarvis Cocker bu dəfə də sözləri şəxsi həyat təcrübələrinə və münasibətlərə əsaslanaraq yazıb. Amma bu dəfə onu ilhamlandıran nə doğulduğu Şeffild şəhəri, nə də Londonda, Parisdə və ya Peak District-dəki həyatı olub. İlham mənbəyi musiqi tarixində çox önəmli olan bir hadisə olub: The Stone Roses-un Spike Island-da verdiyi məşhur konsert. Bu konsert 1990-cı ildə, Widnes, Cheshire-dəki Mersey çayının sahilində baş tutub və indi rok musiqi tarixinin ən çox mifləşdirilən konsertlərindən biridir.



The Stone Roses 1985-ci ildə Mançesterdə yaradılıb. Qrupun üzvləri: vokalist Ian Brown, gitarist John Squire, basçı Gary ‘Mani’ Mounfield və davulçu Alan ‘Reni’ Wren. Bu qrup “This Is the One”, “I Am the Resurrection” və “Fools Gold” kimi hitlərlə 1980-lərin sonu və 1990-ların əvvəllərində Madchester musiqi səhnəsinin əsas simalarından olub.

Bu səhnədə indie rock, acid house, psixodelik və 1960-cı illər pop musiqisinin qarışığı böyük populyarlıq qazanıb. Musiqi ilə yanaşı, qrupun özünəməxsus stili də olub: boş paltarlar, mop saç düzümü və bucket papaqlar gənclər arasında trend olub.

2024-cü ildə sevdikləri “Manchester United” klubu belə qrupdan ilhamlanaraq forma kolleksiyası buraxıb. The Stone Roses 27 may 1990-cı ildə Spike Island-da konsert təşkil ediblər. Bu yer Mançester və Liverpul kimi böyük musiqi şəhərlərinə yaxın olduğuna görə ideal idi. Spike Island XIX əsrdə sənaye bölgəsi olub, lakin XX əsrdə sənaye zəiflədikdən sonra təbiət üçün bir sığınacağa çevrilib.

Konsertdə nə baş verib?

Rəsmi rəqəmlərə görə, həmin gün 28.000 nəfər iştirak edib, lakin əlavə qapıdan girənlərlə birlikdə bu rəqəm 30.000-ə çatıb.

DJ Dave Haslam konsertdən əvvəl çıxış edib. Onun dediyinə görə, qrupun menecmenti düzgün DJ-ləri sifariş etməyib — house əfsanəsi Frankie Knuckles yerinə rave DJ-si Frankie Bones səhnədə olub. Bu səhvlər Haslam tərəfindən “sevimli həvəskarcasına” səviyyəsində qiymətləndirilir. Konsert səs baxımından o qədər də uğurlu olmayıb — küləkli hava və zəif səs sistemi səbəbindən arxada duranlar musiqini yaxşı eşidə bilməyiblər.

Lakin “I Wanna Be Adored”, “Fools Gold” və “I Am the Resurrection” ifa olunanda minlərlə insan bir anda ritmə qapılıb səhnədən arxaya qədər “divar-divara” tullanışlar olub. Uzun müddət bu konsertin heç vaxt çəkilmədiyi düşünülüb. 2024-cü ildə tam yazılı material ortaya çıxsa da, Spike Island konserti hələ də mistik bir hava ilə xatırlanır. Çünki “The Stone Roses” tez-tez çıxış etməyib və bu konsert onları yerli səviyyədən beynəlxalq tanınmışlığa yüksəldib. Konsertdən sonra qrup prodüserlik şirkətləri ilə hüquqi mübarizəyə girişib və ikinci albomları “The Second Coming” yalnız 1994-cü ildə çıxıb.

Alboma 3 ay qala Reni, sonra isə Squire qrupu tərk edib. Brown və Mani qrupu davam etdirməyə çalışsalar da, bir neçə ay sonra qrup dağılıb. 2011-ci ildə isə orijinal heyət yenidən birləşib və dünya üzrə böyük konsertlər veriblər. Lakin 2019-cu ildə Squire onların yenidən ayrıldığını təsdiqləyib.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et