Bu gün:

3D albalı çiçəyi ləçəkləri ilə bəzədilmiş Rolls-Royce Phantom Albalı Çiçəyi


Bespoke departamentinin yeni layihəsi albalı çiçəklərinə və yaponların milli hanami ənənəsinə həsr olunub. Çiçəklərə heyran olmaq çox qısamüddətli bir zövqdür. Cəmi 7-10 gün davam edir və istər-istəməz həyatın keçiciliyini xatırladır. Qısa anın gözəlliyini ələ keçirmək üçün Rolls-Royce dizayn komandası dekorativ albalı çiçəyi tikmələri ilə Starlight Headliner-in xüsusi versiyasını yaradıb. Dizaynı tamamlamaq bir həftə çəkib və 250.000 tikiş tələb olunub.

Sedan temalı tikmələrlə bəzədilib, onlardan bəziləri ilk dəfə real üçölçülülük verən yeni texnologiyadan istifadə edilməklə hazırlanıb və Arktik Ağ üzərində Kristal rənginə boyanıb. Avtomobilin konsepti yaponların milli hanami ənənəsinə olan çişçəklərə heyranlığa əsaslanır.

Rolls-Royce tarixində ilk dəfə interyeri bəzəmək üçün "heykəltəraşlıq" üslubunda tikmədən istifadə edilib. Siz bunu, məsələn, ön və arxa cərgələr arasındakı arakəsmədə görə bilərsiniz - elə bil, gözünüzün qabağında budaqlardan albalı çiçəyi ləçəkləri düşür. Üç ölçülü dekorasiya yeni texnologiyadan istifadə edilməklə hazırlanır. Birincisi, iplərdən istifadə edərək özünü dəstəkləyən bir quruluş yaradılır. Daha sonra əl ilə istədiyiniz forma verilir və sonra yerinə tikilir.

Phantom Extended Cherry Blossom sedanı üç il əvvəl hazırlanıb, lakin o, yalnız indi müştəriyə çatdırılıb. Avtomobil 571 at qüvvəsi və 900 Nm fırlanma anı olan 6,75 V12 turbo mühərriklə, səkkiz pilləli ZF avtomatik transmissiya ilə birləşir.

Mənbə:auto mail

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et