Bu gün:

10 ildən sonra ilk dəfə Manisada görüldü


Nadir quş növlərindən olan qara leylək təxminən 10 ildən sonra Manisada yenidən görünüb. Manisanın ən böyük göllərindən biri olan Mərmərə gölünün quruması səbəbilə Sülüklü gölü köçəri quşların yeni marşrutuna çevrilib.

Son yay aylarında havaların çox isti keçməsi və gözləniləndən az yağıntı olması səbəbindən Spil dağının ətəyində yerləşən Sülüklü gölünün qurumaq təhlükəsi yaranıb. Manisa Meşə Müdirliyinin su tankerləri və Manisa Böyükşəhər Bələdiyyəsinin su tankerləri ilə təmin edilən su ilə gölün qurumasına icazə verilməyib.

Qış aylarını Afrikada keçirən və Türkiyədə nadir quş növləri arasında yer alan qara leylək təxminən 10 ildən sonra Manisada yenidən görülüb.

Bataqlıqlarda yaşayan və Türkiyədə geniş yayılmış su quşu növlərindən biri olan qara leylək (Fulica atra) qara bədəni, ağ dimdiyi və alnındakı ağ ləkə ilə diqqət çəkir. "Sakarmeke"-qara leylək havaya qalxarkən su səthində uzun müddət qaçaraq hərəkət etməsi və sinəsi üstə eniş edən təyyarəni xatırladan sərt düşüşü ilə seçilir.

Mənbə: Ntv.com.tr

Tərcümə etdi: Nazrin Humbat



Paylaş
Şərh əlavə et