Bu gün:

CİA nəyi gizlədir?


JFK-nın yarılmasında iştirak edən fotoqraf açıqlamasında bildirib ki, hökumətin rəsmi olaraq yaydığı fotoşəkillər onların hadisə zamanı çəkdikləri fotolarla üst-üstə düşmür.


Onun sözlərinə görə, təqdim olunan görüntülər ya dəyişdirilib, ya da tamam başqa şəkillərlə əvəz olunub. Bu iddia, uzun illərdir JFK sui-qəsdi ətrafında dolaşan şübhələri daha da dərinləşdirir.

Fotoqraf Floyd Ribe həmçinin əlavə edib ki, hadisədən bir müddət sonra ona hökumət dairələrindən telefon zəngi daxil olub və həmin zəngdə ondan bu mövzu ilə bağlı danışmaması "məsləhət görülüb". Əks təqdirdə, onu "maraqlı bir həbsxana səfəri"nin gözlədiyi açıq şəkildə bildirilib. Ribe bu təhdidlərin onu uzun müddət susmağa məcbur etdiyini deyib.

Yalnız fotoqraf deyil, eyni zamanda JFK-nın cəsədinin rentgen görüntülərini çəkən radioloq da oxşar bəyanatla çıxış edib. O bildirib ki, onların orijinal çəkdiyi görüntülərlə rəsmi hesabatlarda təqdim olunan materiallar arasında ciddi uyğunsuzluqlar var. Radioloqun fikrincə, bu, ya materialların dəyişdirildiyini, ya da bəzi sübutların gizlədildiyini göstərir. Onun sözləri də bu faciəli hadisənin üstündəki qaranlıq pərdənin hələ də tam aralanmadığını göstərir.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev



Paylaş
Şərh əlavə et