Alimlərin fikrincə, bənövşəyi rəng reallıqda yoxdur, lakin beynimiz bu rəngi zərurətdən yaradır.

İnsan gözü əslində bənövşəyi rəngi görmür. Gördüyümüz zənn etdiyimiz bənövşəyi əslində işıq spektrindəki rənglərdən biri deyil. Bəs bənövşəyi olaraq nəyi görürük?
Alimlərin fikrincə, işıq spektrinin əks uclarında olan mavi və qırmızı işıqların dalğa uzunluqları üst-üstə düşəndə beynimiz onu bənövşəyi kimi qəbul edir. Beyin bu iki rəngi necə qəbul edəcəyini bilmədiyi üçün bu üsula əl atır.
İnsan gözünün qəbul edə bildiyi elektromaqnit spektri dalğa uzunluqlarının kiçik bir hissəsini, təxminən 0,0035 faizini əhatə edir. Gözün arxasındakı işığa həssas "konus hüceyrələri" bu rəngləri qəbul etməyimizi təmin edir.
Bu hüceyrələr yalnız 350 ilə 750 nanometr arasında olan işığa reaksiya verə bilir. Bu rənglər görünə bilməz, çünki ultrabənövşəyi işığın çox qısa dalğa uzunluğu var. Əksinə, infraqırmızı gözlə qəbul edilə bilməz, çünki çox uzun dalğa uzunluğuna malikdir.
Üç növ konus hüceyrəsi var. Sayca ən az olan S konusları mavi işığı, M konusları isə yaşıla yaxın rəngləri aşkar edir. Ən bol L konusları qırmızıya yaxın rəngləri qəbul edir.
Konus hüceyrələri tək bir dalğa uzunluğuna deyil, ona yaxın olan bir çox dalğa uzunluğuna həssasdır. Konuslar arasında üst-üstə düşmə olduqda, sarı və ya mavi kimi ara rəngləri görə bilərik.
Konus hüceyrələri rəngləri görmür, udduqları dalğa uzunluqlarına əsasən elektrik siqnalları göndərir. Beyin bu siqnallara əsasən rəngi müəyyənləşdirir.
Bənövşəyi rəng diametral əks dalğa uzunluqlarının birləşməsindən yaranır. S konusları mavini, L konusları qırmızını qəbul edir, lakin bu iki rəngin üst-üstə düşdüyü nöqtə yoxdur. Buna görə də beyin bənövşəyi rəngi süni olaraq yaradır. Fizika və nevrologiyanın illüziyası bu qavrayışa təsir edir.
Mənbə: Nefes.com
Tərcümə etdi: Mina Yadigarlı
