Bu gün:

Dünyanın ən qəribə qanunları


1. Parlament binasında ölmək qadağandır


Ölkə: Böyük Britaniya


Böyük Britaniyada parlament binasında ölmək qanunla qadağandır. Bu bina kral sarayı sayıldığı üçün burada ölüm halında dövlət səviyyəli mərasimlər və xərclər tələb oluna bilər.


2. Pul əskinaslarının üzərinə basmaq qadağandır


Ölkə: Tailand


Tailandda üzərində kralın şəkli olan pul əskinaslarının üzərinə basmaq olmaz. Bu, monarxa qarşı hörmətsizlik kimi qəbul edilir və qanunla cəzalandırıla bilər.


3. Skripkanı kağız paketdə daşımaq qadağandır


Ölkə: ABŞ (Yuta ştatı)


Yuta ştatında skripkanı kağız paketdə daşımaq qadağandır. Bu qəribə qanunun səbəbi bəlli olmasa da, hələ də qüvvədədir.


4. Yanan restoranda yemək yemək qadağandır


Ölkə: ABŞ (Çikaqo şəhəri)


Çikaqoda restoran yanarkən içəridə yemək yemək qadağandır. Bu qanun 1871-ci ildəki Böyük Çikaqo yanğınından sonra insanların təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.


5. İctimai yerlərdə qaşqabaqlı gəzmək qadağandır


Ölkə: İtaliya (Milan şəhəri)


Milan şəhərində insanlar ictimai yerlərdə mütləq gülümsəməlidirlər. Yalnız yas mərasimlərində və xəstəxanalarda istisna edilir. Bu qanun şəhərdə müsbət atmosferi qorumaq üçün qəbul edilib.


Mənbə: ceur.ru


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et