Bu gün:

Səkkizayaqlıların qeyri-adi ürək mexanizmi


Dənizlərin sirli canlılarından biri olan səkkizayaqlılar təkcə səkkiz qolu ilə deyil, üç ürəyə sahib olmaları ilə də seçilirlər. Elmi araşdırmalara görə, bu üç ürəkdən ikisi qanı solungaçlara, biri isə bədənin digər hissələrinə pompalayır. Ancaq ən maraqlısı isə budur ki, ahtapot üzərkən bu üç ürəkdən biri dayanır.

Bioloqlar bu prosesi belə izah edirlər: səkkizayaqlılar normalda yeriməyə bənzər formada dəniz dibində hərəkət etdikdə üç ürəkləri də işləyir. Lakin üzmək kimi daha sürətli və enerjiyə tələbkar hərəkət zamanı bədənə qan ötürən əsas ürək fəaliyyətini dayandırır. Bu səbəbdən səkkizayaqlılar üzməkdən çox dəniz dibində sürünməyi üstün tuturlar, çünki üzmək onlar üçün daha yorucudur.

Mütəxəssislər bu xüsusiyyətin səkkizayaqlıların təkamül yolu ilə əldə etdiyi enerji qoruma strategiyası olduğunu düşünürlər.

Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et