Bu gün:

Plank uzunluğu nədir?


Plank uzunluğu fizikada mövcud olan ən kiçik uzunluq vahidi kimi qəbul edilir. Bu ölçü, kvant mexanikası ilə ümumi nisbilik nəzəriyyəsinin kəsişdiyi nöqtəni ifadə edir.

Plank uzunluğu nədir?

Plank uzunluğu fiziki olaraq ölçülə bilən ən kiçik uzunluq vahidi hesab olunur. Bu uzunluq təxminən 1,616 x 10⁻³⁵ metrdir. Başqa sözlə, santimetrin milyardda biri qədər kiçikdir. Bu miqyas kvant fizikası ilə ümumi nisbi nəzəriyyənin sərhədlərinin kəsişdiyi nöqtədə yerləşir.


Bu haradan gəlir?

Plank uzunluğu alman fiziki Maks Plankın şərəfinə adlandırılıb. Bu vahid Plank sabiti, işıq sürəti və qravitasiya sabiti kimi təbiət sabitlərindən əldə edilir. Buna görə də, universal və nəzəri ölçü vahididir.


Niyə bu qədər vacibdir?

Plank uzunluğu müasir fizikada "kvant cazibəsi" kimi hələ tam izah edilməmiş sahələri anlamaqda açar rolunu oynayan ölçü vahidi sayılır. Bu uzunluq səviyyəsindən kiçik ölçülərdə məkan-zamanın klassik tərifi itir və "kvant köpüyü" adlanan bir quruluşa çevrilir.


Bəzi alimlərə görə, kainatın əsas tikinti bloklarını və "Böyük Partlayış" anını başa düşmək üçün Plank miqyasında fəaliyyət göstərən vahid bir nəzəriyyə lazımdır. Buna görə də, Plank uzunluğu fiziki reallığın sərhədləri ilə bağlı dərin suallar doğurur.


Bəs gündəlik həyatda hər hansı bir mənası varmı?

Plank uzunluğu bilavasitə gündəlik həyatımızda qarşılaşdığımız bir anlayış deyil. Bununla belə, kainatın quruluşunu anlamağa çalışan fiziklər, xüsusən də, kvant fizikası ilə maraqlananlar üçün əsas istinad nöqtələrindən biridir.


Plank uzunluğu kainatda ölçülə bilən ən kiçik uzunluq olaraq fizikanın ən dərin sirlərini açmaq istəyən elm adamları üçün böyük əhəmiyyət kəsb edir. Bir gün bu kiçik uzunluq vahidi bizə kainatın ən böyük sirlərini açmağa kömək edəcək.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et