Bu gün:

Qədim Misir piramidalarının tikinti sirləri


Ən qədim Misir piramidalarının, xüsusilə də Xeops piramidasının necə tikildiyinə dair bir neçə nəzəriyyə mövcuddur. Ən geniş yayılmış nəzəriyyəyə görə, meyilli rampalardan istifadə olunub. Bu rampalar gil və daşlardan tikilir, piramidanın hündürlüyü artdıqca uzadılırdı. 2 tondan 15 tona qədər çəkisi olan daş bloklar taxta xizək üzərində iplərlə çəkilirdi. Xizəyin altında olan qumun üzərinə su tökülürdü ki, sürtünmə azalsın və daşların hərəkəti asanlaşsın. Bu səhnələr qədim məzar rəsmlərində əks olunub.


Adi rampalara əlavə olaraq, bəzi tədqiqatçılar piramidanın ətrafında spiralvari rampa tikildiyini iddia edirlər. Bu, piramidanı yuxarıdan aşağıya doğru tikməyə imkan verirdi və böyük xarici rampaların tikilməsinə ehtiyac qalmırdı. Eyni zamanda, Coserin pilləli piramidası ilə bağlı daxili şaxta və ya hidravlik lift nəzəriyyəsi də mövcuddur. Belə bir sistemdə daşlar su və əks-çəki mexanizmi ilə yuxarıya qaldırıla bilərdi, lakin bu nəzəriyyə daha az sübutla dəstəklənir.


Tikintidə kimlərin iştirak etdiyi məsələsinə gəldikdə isə, müasir arxeoloji tapıntılar köləlik mifini təkzib edir. Piramidaların yaxınlığında fəhlələrin yaşadığı yerlər, mətbəxlər, çörək bişirən yerlər və hətta tibbi məntəqələr aşkarlanıb. Bu isə onu göstərir ki, piramidaları əməkhaqqı alan, ixtisaslı ustalar tikib, kölələr yox.


Mənbə: Techinsider


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et