Yeni tədqiqatlara, əsasən, insan uzun müddət qaranlıq və səssiz bir mühitdə tək qalanda beynində fiziki ağrılara bənzər reaksiya yaranır. Alimlərin araşdırmalarına görə, sosial təcrid və sensor stimulların olmaması beyindəki “anterior cingulate cortex” adlanan hissəni aktivləşdirir. Bu hissə eyni zamanda fiziki ağrıları hiss etdiyimiz bölgədir.

Təcrübədə iştirak edən şəxslər tamamilə işıqsız və səssiz otaqda bir neçə saat tək qalaraq bu sınağa cəlb olunublar. İnsanların çoxu zaman keçdikcə baş ağrısı, təzyiq və narahatlıq hiss etdiklərini bildiriblər. Tədqiqatçılar bu hadisəni "zehni ağrı" adlandıraraq qeyd ediblər ki, insan beyni təkliyi və təcridi təhlükə kimi qəbul edir.
Mütəxəssislər bildiriblər ki, bu tapıntılar təkcə psixoloji deyil, həm də neyrobioloji baxımdan sosial təmasların nə qədər vacib olduğunu göstərir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
