Bu gün:

Xəz və ətraf mühit


Məşhurlar, dəbli insanlar və Z nəsli arasında xəz yenidən populyarlıq qazanır. Lakin istər orijinal, istər sintetik, istərsə də vintage xəz geyinmək müəyyən suallar doğurur. Bəs bitki mənşəli yeni növ saxta xəz çıxış yolu ola bilərmi?

2025-26 payız/qış dəfilələrində Tory Burch (Nyu-York), Simone Rocha (London), Fendi (Milan) və Miu Miu (Paris) kimi dizaynerlər xəzi ön plana çıxarıblar. Məşhurlar da bu trendlərə uyğunlaşıb – Hailey Bieber, Kendall və Kylie Jenner, Taylor Swift və Rihanna ilin əvvəlindən saxta və vintage xəzlərə bürünən şəkildə görünüblər.

Sonuncu dəfə xəz 2017-ci ildə gündəmə gəlib. Gucci xəzsizlik siyasətini elan edib və bir çox dizaynerlər bu addımı izləyib. Lakin əsl xəzlər getdikcə sintetik, fosil yanacaqlara əsaslanan məhsullarla əvəz olunub. Heyvan rifahı və ətraf mühitlə bağlı narahatlıqlar fonunda bu materialın yenidən dəbə qayıtması suallar doğurur.

2024-cü ilin əvvəllərində “mob wife” (mafiya həyat yoldaşı) estetikası ortaya çıxıb – əvvəlki sadə və minimalist “gizli zənginlik” dəbindən fərqli olaraq nümayişkaranə və cazibədar bir üslub. Ravensbourne Universitetindən moda professoru Natascha Radclyffe-Thomas deyir: “Tarixi görünüşləri yenidən canlandırmaq dəbin təbii dövrüdür. Bu bir qaçış nöqtəsidir. Kim buna ehtiyac duymaz ki?”

O qeyd edir ki, real xəz qadağalarından sonra saxta xəz bazarı inkişaf edib. Əvvəllər sadəcə əyləncəli, ucuz və parlaq rəngli olan modellər indi real xəzə çox bənzəyir və fərqləndirilməsi çətindir.

Sintetik parçaların, xüsusilə, poliestrin istehsalı dünyada artır – ümumi lif istehsalının 57%-ni təşkil edir. Təbii liflər əvəzinə, plastik şüşələrdən əldə edilən təkrar poliestr də uzunmüddətli dövriyyəyə uyğun deyil.

Faux xəzləri dövriyyədə saxlamaq üçün kirayə platformaları önəm qazanır. “By Rotation” kimi platformalarda saxta xəzlərin icarəsi artıb. Taylor Swift, Dua Lipa və Madonna-nın geyindiyi Charlotte Simone markası icarədə ən populyar brendlər arasındadır.

Londonun “One Scoop Store” vintage butikinin sahibi Holly Watkins deyir ki, son illərdə müştəri tələbinə uyğun olaraq orijinal xəz satışından saxta alternativlərə keçid artıb. Ancaq polyesterin əsla təbii şəkildə parçalanmaması onu narahat edir.

Portobello bazarı kimi yerlərdə hələ də həm yeni, həm də köhnə orijinal xəzlər satılır və Z nəsli bu trendləri təşviq edir. ABŞ-də ən böyük vintage xəz alıcısı “Madison Avenue Furs” tələbənin belə xəz almağa başladığını qeyd edir. Əksər gənclər üçün etik olaraq vintage xəz qəbul ediləbiləndir.

Heyvan haqları müdafiəçiləri vintage xəzə qarşı çıxır. Emma Hakansson deyir: “Zamanı önəmli deyil, vintage xəz hələ də qəfəsdə saxlanıb öldürülən heyvanların dərisidir. Bu, insanın heyvanlar üzərində hökmranlığının simvoludur”.

Sintetik və real xəzə alternativ olaraq, bitki mənşəli “Savian” xəz təqdim olunub – gicitkan, kətan və kənəp kimi bitkilərdən hazırlanır, İtaliyada istehsal olunur. “Stella McCartney” və “Ganni” bu materialla məhsullar hazırlayıb. Lakin istehsal xərcləri və geniş yayılması çətinlik yaradır.

Bəzi ekspertlər mədəniyyətə hörmətlə yanaşılmalı olduğunu deyir, çünki bəzi yerli xalqlar üçün xəz ənənəvi geyim formasıdır. Radclyffe-Thomas deyir ki, tələbə vaxtı xəz tikişi öyrənməsi ona xəz sənayesinin gerçək üzünü göstərib, bu səbəbdən, heç vaxt real xəz almağı düşünməyib.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et