Bu gün:

Yaxşılıq anadangəlmədirmi?


İnsanların doğuşdan yaxşı olub-olmadığı, yoxsa sonradan cəmiyyətin təsiri ilə formalaşdığı, tarix boyu ən çox müzakirə olunan mövzulardan biridir. Bir çox elmi tədqiqat bu suala fərqli baxış bucaqlarından yanaşaraq maraqlı nəticələr ortaya qoyub.

Körpələr üzərində eksperimentlər: Onlar yaxşı və pis arasındakı fərqi deyə bilirlər mi?

2000-ci illərin əvvəllərində Yale Universitetində aparılan araşdırmalar göstərib ki, körpələr daha bir neçə aylıq olarkən belə yaxşı ilə pis arasındakı fərqi anlaya bilirlər. Təcrübədə onlara kuklalarla qısa bir hekayə nümayiş etdirilib: bir kukla digər kuklaya kömək edir, digəri isə ona mane olur. Daha sonra körpələrə hər iki kukla təqdim olunub və onlar gözlənilmədən yardımçı kuklanı seçiblər. Bu nəticə, yaxşılığın insana doğuşdan gələn bir xüsusiyyət ola biləcəyini göstərir.


İnsanlar pis davranışı necə qəbul edirlər?

Yale Universitetində aparılan başqa bir təcrübədə kuklalardan biri top oğurlamağa cəhd edib. Bu təcrübədə körpələr oğru olduğu üçün əvvəllər sevilən kukladan imtina ediblər və ədalət hissi ilə “yaxşı” kuklanı seçiblər. Bu, insanların anadangəlmə ədalət arzusuna və pis davranışları cəzalandırmaq meylinə malik olduğunu göstərir.


Niyə yaxşılığa meylimiz şərlə qarşılaşır?

Bəs əgər insanlar təbiətən yaxşıdırsa, pislik haradan yaranır? Bu sualın cavabı insanın təbiətindəki başqa bir meyldə gizlidir: insanlar özlərinə bənzəyənlərə daha çox üstünlük verirlər. Araşdırmalarda körpələrin də özlərinə oxşar xüsusiyyətlərə malik kuklaları seçdiyi, fərqli olanları isə rədd etdiyi müşahidə olunub. Deməli, insanlar doğuşdan 'özümüz kimiləri' seçməyə meyllidirlər.


İnsan təbiətində “biz” və “onlar” fərqinin sosial təsirləri:

İnsanlar özlərini “biz” və “onlar” olaraq qruplaşdırmağa meyllidirlər. Özünə bənzəyənlərə üstünlük vermək və fərqli olanları kənarlaşdırmaq meyli ictimai quruluşun təməl daşıdır. Lakin bu fərqliliklərin aradan qaldırılması və ortaq nöqtələrin tapılması daha ədalətli cəmiyyətin qurulması üçün vacibdir.


Xeyirlə şər arasındakı incə xətt: 

Nəhayət, insanların anadangəlmə olaraq yaxşı olub-olmaması mürəkkəb sualdır. Xeyir və şərin insanlara təsiri sosial və fərdi amillərlə formalaşır. İnsanlar təbii olaraq yaxşı olsalar da, zamanla sosial təcrübələr və ətraf mühit faktorları onlara təsir edə bilər. Halbuki insan fitrətinin ən əsas xüsusiyyətlərindən biri ədalət və yaxşılıq axtarışıdır.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et