1908-ci ilin əvvəllərində, anasının ölümündən sonra 18 yaşlı Adolf Hitler doğulduğu kiçik Linz şəhərindən ayrılıb Avstriya-Macarıstan imperiyasının parlaq paytaxtı olan Vyanaya köçüb. Atasının onu məmur görmək istəklərini geridə qoyan Hitler, Vyananı öz gənclik arzusu rəssam olmaq üçün ideal bir yer hesab edirdi.

Lakin Hitlerin uşaqlıq dostu və yeni otaq yoldaşı Avqust Kubizek dərhal musiqi təhsili almaq üçün konservatoriyaya qəbul olub, ancaq Hitler Vyanadakı ilk aylarını gec oyanmaqla, şəkil çəkməklə və kitab oxumaqla keçirib.
1907-ci ildə ilkin imtahandan keçsə də, qəbul komissiyası onun rəsmlərini “qənaətbəxş deyil” hesab etmişdi.
İllər sonra, avtobioqrafik manifesti olan Mein Kampfda Hitler bu rədd cavabını “göydən düşən ildırım kimi” qəbul etdiyini yazıb. 1908-ci ilin payızında Akademiyaya yenidən müraciət etsə də, bir daha rədd cavabı alıb. Növbəti il ərzində isə ucuz kirayə otaqlarında qalaraq, hətta bəzən evsizlər üçün sığınacaqlarda yaşayıb.
1909-cu ildə Hitler nəhayət az miqdarda pul qazanmağa başlayıb. O, əsasən Vyananın binaları və görməli yerlərinin poçt kartlarından köçürülmüş yağlı və akvarel rəsmlərini çəkir, bu rəsmləri turistlərə və çərçivə satan dükanlara sataraq dolanıb. Bu gəlir sayəsində evsizlər sığınacağından çıxaraq kişi yataqxanasına köçdü, gündüz rəsm çəkir, axşam isə kitab oxumağa davam edirdi.
Vyanada məyus olmuş gənc rəssam siyasətlə maraqlanmağa başlayıb. Hitler Mein Kampfda antisemit baxışlarının bu dövrdə formalaşdığını iddia etsə də, bir çox tarixçilər bu sadələşdirilmiş hekayəyə şübhə ilə yanaşır. Axı, Vyanada onun rəsmlərinin ən sədaqətli alıcılarından biri yəhudi mağaza sahibi Samuel Morgenstern olub. Bununla belə, Vyanada keçirdiyi illər Hitlerin dünya görüşünü formalaşdırdı, xüsusilə antisemit ritorikası və natiqlik qabiliyyəti ilə tanınan şəhərin meri Karl Lueger-ə olan heyranlığı bu dövrdə formalaşdı.

Hitler 1913-cü ilin mayında Münhenə köçdükdən sonra da rəsm çəkməyə davam edib.
O, şəhərin tanınmış binalarını və mənzərələrini çəkərək bu rəsmləri mağazalarda və pivəxanalarda satırdı. Zamanla ona sifariş verən varlı və daimi müştərilər də tapın. Lakin bu irəliləyiş 1914-cü ilin yanvarında dayandı – Münhen polisi Hitleri axtarıb tapdı, çünki o, doğulduğu Linz şəhərində hərbi mükəlləfiyyətə yazılmaqdan boyun qaçırmışdı. Hitler hərbi sağlamlıq müayinəsindən keçə bilmədi və həkimlər onu “döyüş və dəstək xidməti üçün yararsız, zəif, silah işlətmək qabiliyyətində olmayan” biri kimi qiymətləndirdilər. Buna baxmayaraq, həmin ilin avqustunda – Birinci Dünya Müharibəsi başlayandan sonra – o, könüllü olaraq orduya yazıldı və bununla da gənc, mübarizə aparan bir rəssam həyatı sona çatdı.
İllər sonra, Vyanada keçirdiyi gənclik dövrü və uğursuz rəssamlıq həyatı ilə həm Hitler özü, həm də tərəfdarları tərəfindən mifə çevrilib. Bu mifləşdirmə onun Almaniyada hakimiyyətə doğru faciəvi yüksəlişini bəsləyən amillərdən birinə çevrildi.
Führer olduqdan sonra Hitler müasir sənətə qarşı çıxır, onu “pozğun”, “yəhudilərin və bolşeviklərin məhsulu” adlandırır, alman milli kimliyinə təhlükə kimi göstərirdi.
1937-ci ildə nasistlər Almaniya muzeylərindən 16.000-ə yaxın belə əsəri toplayaraq onların yüzlərcəsini Münhendə sərgiləyiblər. Bu sərgi müasir sənətə istehza etmək məqsədi daşıyırdı. Lakin gözlənilmədiyi halda, sərgini təxminən 2 milyon insan ziyarət edib.
Hitler hakimiyyətə gəldikdən sonra, iddialara görə, öz rəsmlərini topladıb məhv etdirib. Lakin bəzi əsərlər hələ də mövcuddur. Bunlardan biri ABŞ hərbi qüvvələri tərəfindən müsadirə edilmiş dörd akvareldir.
Almaniyada, əgər rəsmlər nasist simvolları daşımırsa, Hitlerin əsərlərini satmaq qanunidir. Lakin bu əsərlər satışa çıxdıqda, tez-tez mübahisələrə səbəb olur. Məsələn, 2015-ci ildə Hitlerə aid 14 rəsim və çəkilişlər 450.000 dollar qiymətə satılıb. Hərrac evi bunu əsərlərin tarixi əhəmiyyətinə görə müdafiə edib.
2019-cu ildə Almaniya polisi Berlinin Kloss hərrac evini basaraq, Hitlerə aid olduğu iddia edilən üç rəsmi müsadirə edib. Bu əsərlərin satış qiyməti 4.000 avro idi, amma saxtakarlıq ehtimalı var idi.
Bir ay sonra, Nürnberqdə keçirilən hərracda Hitlerə aid olduğu iddia edilən beş rəsim satılmadı, çünki saxta olub-olmaması barədə şübhələr vardı. Ekspertlər, Hitlerin rəsmlərini müəyyənləşdirməyin çətin olduğunu, çünki onun üslubu "orta səviyyəli həvəsli amatör" idi, deyirlər.
Mənbə: History channel
Tərcümə etdi: Arzu Qafarova
