Bu gün:

Asiyalılar, həqiqətən, tərləmirlər?


“Asiyalılar tərləməz” deyimi çoxlarını çaşdıran mövzudur. Yaxşı, bu həqiqətən doğrudur mu? Bu vəziyyətin arxasında bir çox genetik, bioloji və ekoloji faktorlar dayanır.

Tər qoxusu əslində tərin özündən yaranmır. İnsan bədənində iki növ tər vəziləri var: ekrin və apokrin bezlər. Ekrin vəzlər bədənin hər tərəfində yerləşir və isti havada və ya fiziki fəaliyyət zamanı ifraz olunan tərin çox hissəsinə cavabdehdir. Bu tər demək olar ki, tamamilə sudan ibarətdir və demək olar ki, qoxusuzdur.


Əslində tər qoxusunu yaradan apokrin vəzlərin ifraz etdiyi tərdir. Bu vəzlər adətən qoltuqaltı və qasıq kimi nahiyələrdə cəmləşir. Apokrin vəzilərdən ifraz olunan tər zülal və yağlarla zəngin olduğundan bu nahiyələrdə bakteriyalar daha da aktivləşir. Bu bakteriyalar təri parçalayanda qoxu ifraz edir.


Asiyalıların tər qoxusunun daha az olmasının ən mühüm səbəbi onların genetik quruluşudur. Tədqiqatlar göstərir ki, Asiya mənşəli şəxslərin böyük bir hissəsində ABCC11 adlı gendə mutasiyalar var. Bu gen apokrin tər vəzilərinin fəaliyyətinə təsir göstərir. Asiyalılarda bu gen mutasiyaya uğradığı üçün apokrin bezlərdən daha az tər ifraz olunur və bu da tər qoxusunun meydana gəlməsini çətinləşdirir.


Avropa və Afrika fərdlərində nadir olsa da, bu genin Asiya mənşəli şəxslərin əksəriyyətində mutasiyaya uğradığı aşkar edilib. Bu mutasiya təkcə tər qoxusuna deyil, həm də qulaq kirinin quruluşuna təsir göstərir. Asiya fərdlərində daha quru qulaq kiri var, digər populyasiyalarda isə daha nəmli qulaq kiri müşahidə olunur.


Tər qoxusuna təsir edən digər amil yemək vərdişləridir. Asiya mədəniyyətləri tərəvəz və bitki əsaslı qidalara əsaslanan bir pəhriz qəbul edir. Sarımsaq, soğan və qırmızı ət kimi kəskin qoxulu qidalar daha az qəbul edirlər. Bütün bunlar tərin tərkibinə və qoxusuna təsir edə bilər.


Bundan əlavə, Asiya mədəniyyətlərində şəxsi gigiyenaya verilən əhəmiyyət də tər qoxusunun qarşısını almaqda rol oynayır. Tez-tez çimmək vərdişləri və təmizliyə diqqət yetirmək tər qoxusunu minimuma endirən amillərdir.


Elmi baxımdan Asiya mənşəli fərdlərin genetik quruluşlarına görə tər qoxusunun daha az olması düzgün tapıntıdır. Ancaq bu o demək deyil ki, heç bir Asiyalı insanın tər qoxusu yoxdur. Qoxunun miqdarı şəxsi faktorlara, genetik quruluşa, həyat tərzinə və gigiyena vərdişlərinə görə dəyişə bilər.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et