Bu gün:

“Rick and Morty” 8-ci mövsüm buraxılış tarixi açıqlandı


"Rik və Morti" cizgi serialının davamı olacaq

 Adult Swim məşhur "Rik və Morti" cizgi serialının səkkizinci mövsümünün buraxılış tarixini açıqlayıb. Davam filminin tizer treyleri, pərəstişkarların 25 may 2025-ci ildə işıq üzü görəcəyini bildirib.

8-ci mövsümün rəsmi konspekti belədir: "Rik və Morti 8-ci mövsüm üçün qayıdırlar! Həyat yenidən məna kəsb edir! Hər şey mümkündür! Summer, Cerry, Beth və başqa Beth ilə sərgüzəştlər gözləyin. Nə olursa olsun, Rik və Mortini uzun müddət saxlaya bilməyəcəksiniz. Onlar əvvəllər cəhd ediblər!"

Şounun 7-ci mövsümü 15 oktyabr 2023-cü ildə buraxılıb, tənqidçilərdən və pərəstişkarlardan qarışıq rəylər alıb. Amma ümumilikdə bu illər ərzində serial böyük bir fanat kütləsi və tənqidi bəyənmə qazanıb.

Mənbə:kinonews
Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et