Bu gün:

Çinin "süni günəşi" getdikcə istiləşir


Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, Sıçuan əyalətinin Çinqdu şəhərində yerləşən “Huanliu-3” (HL-3) adlı eksperimental reaktor Günəşdəki nüvə birləşmə reaksiyasına bənzər temperatur səviyyələrinə yaxınlaşıb.

Tədqiqatçılar reaktorun ion temperaturunun 117 milyon, elektron temperaturunun isə 160 milyon dərəcəyə çatdığını bildiriblər. Reaktorun baş konstruktoru Conq Vulu deyib:

“Eksperimentimizdə böyük irəliləyiş əldə etdik və ikiqat 100 milyon dərəcə hədəfinə çatdıq. Bu, Çinin nüvə sintezi tədqiqatlarının yanan plazma mərhələsinə daxil olması deməkdir.”


Conq vurğulayıb ki, HL-3 ilə ilk dəfə Çində istilik, idarəetmə və diaqnostika sistemlərinin tamamilə yerli inkişaf etdirildiyi bir reaktor hazırlanıb.


Tokamak adlanan nüvə birləşmə qurğuları halqavari maqnit sahəsi ilə yüksək temperaturlu plazmaya nəzarət edir. Bu prosesdə hidrogen atomları heliuma çevrilərək böyük miqdarda enerji buraxır. Temperaturu yüksəltmək üçün tədqiqatçılar mikrodalğalı generatorlardan istifadə edərək elektronları və yüksək enerjili hissəcikləri qızdırıblar. Eyni zamanda, plazma nüvəsində enerjini saxlamaq üçün yeni üsul işləyib hazırlayıblar və yüksək dəqiqlikli nəzarət sistemləri ilə füzyon təcrübələri üçün yeni qlobal standartlar yaradıblar.


Çində “Eksperimental Qabaqcıl Superkeçirici Tokamak” (EAST) adlı başqa bir plazma reaktoru da mövcuddur. Anhui əyalətinin Hıfey şəhərində yerləşən EAST uzunmüddətli plazma təcrübələri üçün istifadə edilir. EAST-dan daha böyük olan HL-3 isə eksperimental tədqiqatlar və gələcək nüvə birləşmə reaktorlarının inkişafı üçün nəzərdə tutulub.


Mənbə: Sözcü.com

Tərcümə etdi: Mina Yadigarlı



Paylaş
Şərh əlavə et