Bu gün:

Pinqvinlərin gizli dizləri


Pinqvinlər yer üzündə ən maraqlı və sevimli quşlardan biridir. Onlar uçmasa da, suyun altında inanılmaz çevik hərəkət edir və buzlu torpaqlarda yerişləri ilə diqqət çəkirlər. Amma çox az insan onların anatomiyası haqqında ətraflı düşünür. Maraqlıdır ki, pinqvinlərin də dizləri var, sadəcə, bu hissələri çöldən görünmür.

Mütəxəssislərin apardığı skelet araşdırmalarına görə, pinqvinlərin ayaqları düşündüyümüzdən daha uzundur. Onların dizləri bədənlərinin içində, tüklü qarınlarının altında gizlənib. Bu quruluş pinqvinlərə soyuq mühitdə daha rahat hərəkət etməyə və enerjini səmərəli istifadə etməyə imkan yaradır.


Pinqvinlərin skeleti incələnəndə, onların bud sümüyünün də olduğunu görmək mümkündür. Amma digər quşlarla müqayisədə bu sümük gövdəyə daha yaxın yerləşdiyi üçün dizləri görmək çətindir. Bu unikal quruluş pinqvinlərin suda üzərkən daha balanslı və sürətli hərəkət etməsinə kömək edir.


Bu fakt pinqvinlərin təkcə yerüstü deyil, həm də sualtı həyat üçün mükəmməl uyğunlaşdığını göstərir. Beləliklə, əgər bir gün pinqvinlərin dizsiz olduğunu düşünən biri ilə qarşılaşsanız, bu maraqlı faktı onunla bölüşə bilərsiniz!


Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova



Paylaş
Şərh əlavə et