Bu gün:

Qadınların ixtira etdiyi doqquz möcüzəvi şey


Əgər sizdən ən məşhur ixtiraçılar adı soruşulsa, ehtimal ki, Tomas Edison, Aleksandr Bell və ya Leonardo da Vinçi kimi adlar ağlınıza gələr. Bəs ya Məri Anderson və ya Enn Tsukamoto necə?


 Onların adlarını çox güman ki, eşitməmisiniz, amma bu yalnız iki qadındır, uzun siyahıda yer alan ixtiraçıların arasından, hansı ki, həm gündəlik həyatda istifadə etdiyimiz şeylərin, həm də böyük elmi kəşflərin arxasında dayanırlar. Biz sizinlə qadın ixtiraçılarının yeni fikirləri sayəsində mümkün olmuş doqquz ixtiradan ibarət siyahını paylaşacağıq.


1. Proqram təminatı - Qreyç Hopper 

İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Qüvvələrinə daxil olan Qreyç, Mark I adlı yeni kompüterin hazırlanması üzərində işləməyə başladı. Çox keçmədən, Hopper kompüter proqram təminatı ilə bağlı araşdırmalara rəhbərlik etməyə başladı. O, proqramlaşdırma dilinin ilk kompilatorunu inkişaf etdirdi ki, bununla da sözlü təlimatlar rəqəmsal koda çevrilə bilirdi və kompüterin prosessoru tərəfindən oxunmağa imkan verirdi. Bu, proqramlaşdırma prosesini sürətləndirdi və kompüterlərin iş prinsipini kökündən dəyişdirdi. "Heyrətamiz Qreyç" (xristian himni "Amazing grace"-dən ilham alaraq verilmişdir) təxəllüsü ilə tanınan Qreyç Hopper, 79 yaşında ABŞ Dəniz Qüvvələrindən tərxis olana qədər kompüterlərlə işləməyə davam etdi və ən yaşlı aktiv zabit oldu.


2. Çağıran nömrənin müəyyən edilməsi və çağrı gözləmə - Enn Cekson 

Şirli Enn Cekson, 1970-ci illərdə telefon xidmətlərinin iki növünün ortaya çıxmasına səbəb olmuş amerikalı fizika. Bu xidmətlərdən biri, zəng edən tərəfin nömrəsini müəyyən etmə və digər tərəfdən danışıq halında olan zaman yeni zəng haqqında xəbərdarlıq edən çağrı gözləmə funksiyasıdır. Onun telekommunikasiya sahəsindəki yenilikçi kəşfləri, sonradan portativ faks modeminin, optik lifin və günəş batareyalarının inkişafına səbəb oldu. Şirli Cekson, Massaçusets Texnologiya İnstitutundan elmi dərəcə alan ilk afroamerikalı qadın və bir çox qabaqcıl tədqiqat universitetinə rəhbərlik edən ilk qadın oldu.


3. Avtomobilin sürüşmə silgisi - Məri Anderson  

1903-cü ilin soyuq bir günü Məri Anderson New Yorka gedərkən gördü ki, onun sürücüsü avtomobilin pəncərəsini açmalı və qarın avtomobilin ön şüşəsindən təmizlənməsi üçün başını çölə çıxarmalıdır. Hər dəfə bu təmizləmə əməliyyatı bitdikdən sonra avtomobilin içi daha da soyuq olurdu. Bu müşahidə onu avtomobildən daxilindən idarə edilə bilən, rezin bir çubuğun yaradılması ilə bağlı düşündürdü və o, həmin il bu ixtiraya patent aldı. Lakin onun ixtirası avtomobil şirkətləri tərəfindən qəbul edilmədi və onlar sürüşmə silgisinin sürücüləri yolda diqqətini yayındıra biləcəyini düşündülər. Ancaq bu ixtira, sonra hər bir avtomobilin ayrılmaz bir hissəsinə çevrildi. Məri Anderson bu ixtiraya görə heç bir mükafat almadı.


4. Kosmik stansiya üçün batareya - Olga Qonsales-Sanabriya  

Bəlkə də bu ixtira siyahıda ən cazibədar deyil, amma uzun ömürlü hidrogen-nikel batareyası ən azından buna görə diqqəti cəlb edir ki, o, Beynəlxalq Kosmik Stansiyanı (BKS) enerji ilə təmin etməkdə həlledici rol oynamışdır. Bu, Puerto Rikolu alim Olga Qonsales-Sanabriyanın 1980-ci illərdə enerji təchizatı sistemlərinin inkişafı sahəsindəki araşdırmaları sayəsində mümkün olmuşdur. Hazırda o, NASA-nın tədqiqat mərkəzinin mühəndislik şöbəsinə rəhbərlik edir.


5. Paltaryuyan maşın - Cozeffina Kokrain

Cozeffina Kokrain, öz malikanəsində lüks ziyafətlər təşkil etməyi sevirdi və süfrə qablarının tez və daha təmiz yuyulmasını təmin edəcək bir cihazın arzusunda idi, çünki onun xidmətçiləri tez-tez qabları yuyarkən qırırdılar. Kokrain, suyun təzyiqindən istifadə edərək ilk avtomatik paltaryuyan maşını düzəltdi və bu maşının içində fırlanan bir təkər mühərriklə hərəkət edirdi. Kokrain 1886-cı ildə paltaryuyan maşına patent aldı və öz fabriki ilə istehsal etməyə başladı. Kokrainin əri alkoqolik idi və onun ölümündən sonra ona çoxlu borc qoymuşdu, bu da onu paltaryuyan maşını patentləşdirməyə və öz fabrikini açmağa ilham verdi.


6. Ev təhlükəsizlik sistemi - Məri Van Brittan Braun  

Bir tibb bacısı olan Məri Van Brittan Braun, tez-tez evdə tək qalırdı və özünü daha təhlükəsiz hiss etmək üçün evini qorumağa yönəlmiş bir cihaz yaratmağa qərar verdi. 1960-cı illərdə ABŞ-da cinayət səviyyəsinin artması və polis tərəfindən sürətli cavab verilməməsi ilə bağlı bir narahatlıq olaraq, Məri və onun əri Albert ilk ev təhlükəsizlik cihazını yaratdılar. Bu, çox mürəkkəb və bir çox komponenti olan bir mexanizm idi: məsələn, kameranın mühərriki ilə hərəkət edən və qapı dəliklərindən baxan bir cihaz var idi. Məlumat yuxarıdakı ekranda əks olunurdu və həmin monitor həmçinin siqnal düyməsi ilə təchiz olunmuşdu.


7. Stvov hüceyrələrin çıxarılması - Enn Tsukamoto  

Enn Tsukamoto, 1991-ci ildə stvov hüceyrələrinin çıxarılması texnologiyasına patent aldı. Onun qan dövranı sistemlərinin araşdırılması, bəlkə də xərçəng xəstəliyi üçün müalicə tapmağa kömək edəcəkdir. Bugünə qədər Tsukamoto yeddi patent əldə edib və stvov hüceyrələrinin böyüməsi üzrə araşdırmalarını davam etdirir.


8. Kevlar - Stefani Kvolek  

Stefani Kvolek kevların ixtiraçısı kimi tanınır - bu, yüngül bir lifdir və zirehli jiletlər və qoruyucu geyimlər istehsal etmək üçün istifadə edilir. Stefani tərəfindən 1965-ci ildə kəşf olunan kevlar, dünyada milyonlarla insanın həyatını xilas etməyə kömək etdi və hələ də hər gün istifadə olunur. Bu material ev əlcəklərindən tutmuş, mobil telefonlar, aviasiya sənayesi və asma körpülərin inşasına qədər geniş tətbiq tapmışdır.


9. "Monopoliya” oyunu - Elizabet Meyi 

Dünyanın ən məşhur masa oyunlarından biri olan "Monopoliya”nin yaranması, Çarlz Dərronun adı ilə əlaqələndirilir, amma gerçəkdə oyunun qaydalarını amerikalı Elizabet Meyi inkişaf etdirdi. Antimonopolist Elizabet, torpaqların monopolləşdirilməsinin mənfi təsirini nümayiş etdirmək istəyirdi və bunun üçün "Torpaq Sahibkarlığı" adlı innovativ bir oyun yaratdı, burada iştirakçılar əmlak ticarəti edirdilər və saxta pul istifadə edirdilər. O, 1904-cü ildə oyuna patent aldı. "Monopoliya” oyunu 1935-ci ildə Parker Brothers şirkəti tərəfindən ilk dəfə yayımlandı. O zaman şirkət rəhbərliyi bildi ki, Dərron yalnız oyunun bir tərtibatçısı deyil, həm də Meyinin patentini 500 dollar müqabilində alıb və faktiki olaraq oyunun "monopoliyasını" ələ keçirmişdir.


Mənbə: www.bbc.com

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et