"İncəsənətin inciləri" rubrikası Arnold Böcklinin "Ölülər adası" əsərini təqdim edir.

Arnold Böcklinin "Ölülər adası" (Die Toteninsel) əsəri incəsənət tarixinin ən sirli və təsirli rəsmlərindən biridir. 1883-cü ildə tamamlanmış bu əsər ölüm, əbədiyyət və sakitlik mövzularını özündə cəmləyir. Rəsm əsərində qayalı bir ada, sıx qovaq ağacları və qədim məzarları xatırladan quruluşlar görünür. Ön planda isə bir qayıq var, içində ağ geyimli bir fiqur və tabut görünür. Sakit və qaranlıq atmosfer əsərə xüsusi mistik aura bəxş edir. Böcklin əsər haqqında çox danışmayıb, "Belə yerlərdə insan yalnız susmaq istəyir",- deyə qeyd edib.
"Ölülər adası" əsərinin beş versiyası mövcuddur. İlkini ticarətçi Alexander Günther sifariş verib. Əsər böyük maraq doğurduğu üçün Böcklin daha dörd versiya çəkib. Ən məşhuru isə 1890-cı ildə yaradılan beşinci versiyadır. O, Adolf Hitler tərəfindən alınıb və II Dünya Müharibəsi zamanı itkin düşüb. Adadakı qayalar və ağaclar ölümü, qayıq isə ruhun axirətə səyahətini simvolizə edir. Əsər hər izləyicidə fərqli duyğular oyadır və zaman keçdikcə daha da dəyər qazanıb.
Böcklinin bu əsəri Salvador Dali kimi sənətkarları ilhamlandırıb. Həmçinin Sergey Rahmaninov "Isle of the Dead" adlı simfonik poema bəstələyərək bu rəsmin ruhunu musiqiyə çevirib.
Hazırladı: Talehə Hüseynzadə
