Ramazan ayında oruc tutan uşaqlar və gənclər üçün sağlam və balanslı qidalanmanın böyük əhəmiyyət daşıdığını bildirən Qidalanma və Pəhriz Mütəxəssisi Dyt. Tuğçe Yılmaz, oruc tutan gənclərə qidalanma tövsiyələri verib.

Sahur, gün boyu enerjinin açarıdır
İlk olaraq sahuru atlamamağın böyük əhəmiyyət daşıdığını vurğulayan Dyt. Yılmaz, “Sahur, gün boyu enerjinizi qorumağa imkan verir. Sahurda yumurta, pendir, qatıq və süd kimi zülallı qidalar seçilməlidir, çünki bunlar toxluq müddətini uzadır. Həmçinin tam buğda çörəyi, yulaf kimi kompleks karbohidratlar bədənin enerji ehtiyacını ödəmək üçün faydalıdır. Sağlam yağlar – qoz, badam, fındıq və avokado kimi qidalar da enerjinizi dəstəkləyir. Sahurda bədənin susuzlaşmaması üçün ən az iki stəkan su içilməlidir. Burada içilən suyun iftar və sahur arasında bərabər şəkildə bölünməsi vacibdir. Bu müddətdə salam, sosiska, cips kimi duzlu və işlənmiş qidalardan qaçınmaq lazımdır, çünki bunlar tez susuzlaşdırır. Şəkərli qidalar isə qan şəkərinin sürətlə yüksəlməsinə və sonra düşməsinə səbəb ola bilər, buna görə də məhdud istehlak edilməlidir” dedi.
İftara yüngül qidalarla başlayın
İftarda isə gün boyu itirilən enerjini sağlam şəkildə bərpa etmək üçün balanslı qidalanma seçilməlidir. Dyt. Yılmaz, “İftara bir stəkan su ilə başlamaq lazımdır, sonra mədəni yüngül bir şorba ilə hazırlamağa kömək etmək lazımdır. Şorbaların çox nişastalı, şehriyə və ya yarma kimi yüksək karbohidratlı olmamasına diqqət yetirilməlidir. Əsas yeməkdə isə əzələ itkisini önləmək üçün mütləq ət, toyuq, balıq və ya paxlalılar kimi bir protein mənbəyi seçilməlidir. Pilav və ya makarna əvəzinə tam taxıl çörəyi və ya bulqur kimi daha sağlam karbohidratlar seçilməlidir. İftarda tərəvəz yeməkləri və salatlar da sindirimi dəstəkləyən və vitamin mənbəyi olan qidalardır” dedi.
Meyvə qəbulunu unutmayın
Ara yeməklər üçün meyvə və qovrulmamış qoz-fındıq kombinasyonunu tövsiyə edən Dyt. Yılmaz, “Bundan əlavə, həftədə iki dəfə güllaç, sütlaç və ya kazandibi kimi südlü şirniyyatlar da qəbul edilə bilər. Ramazan ayında meyvə istehlakı azala bilər, buna görə də bu dövrdə bir porsiya meyvə istehlak etməyə diqqət yetirilməlidir” deyib.
Mənbə: Pembenar
Tərcümə etdi: Çinarə Tarverdiyeva
