Alimlər Monqolustanın Qobi səhrasında nadir yeni iki caynaqlı dinozavr növü aşkar ediblər.
Duonychus tsogtbaatari adlı bu növ, adətən üç pəncəsi olan Therizinosaurs qrupuna aid dinozavrlar arasında unikaldır. O, arxa ayaqları üzərində dayanırdı və orta ölçülü idi, təxminən 260 kq ağırlığında olub.
Tədqiqatçılar hesab edirlər ki, bu dinozavrın uzun, əyri pəncələri və onları güclü şəkildə əymək qabiliyyəti onu bitki örtüyünü effektiv tutan ovçuya çevirirdi.
Rəssamın təəssüratı
Masato Hattorinin rəssamlıq əsərində Duonychus tsogtbaatari uzun boylu, qəhvəyi rəngdə təsvir edilib. Onun dəvəquşuna bənzəyən başı demək olar ki, ağacların çəmənliyinə çatır, iki böyük pəncəsi isə qollarında narıncı lələk dəstləri olan əlləri ilə ağaclara sarılır. Dinozavr sıx tropik yağış meşəsində sərt ağaclar və qıjı bitkiləri arasında dayanıb.
Tədqiqat və Tapıntılar
Hokkaydo Universitetinin paleontoloqu Yoshi Kobayashi qazıntılar zamanı Duonychus tsogtbaatari növünə aid bir pəncəni qumlu və rəngli daşın içində aşkar edib. Fosilin qəhvəyi rəngli olduğu, qum və boz daş parçaları arasında yerləşdiyi bildirilib.
Tədqiqatın müəlliflərindən biri- Kalqari Universitetinin dosenti Dr. Darla Zelenitski bu növü məşhur “Yura Dövrünün Hökmranlığı” filmində təsvir edilən böyük və uzun caynaqlı Terizinosaurus formasına bənzədib.
Therizinosaurs 145000000 il əvvəl başlayan və 66000000 il əvvəl sona çatan Təbaşir Dövründə yaşamış ot yeyən və ya hər şeyi yeyən teropod dinozavrlar qrupuna aid olub. Onlar əsasən Asiya və Şimali Amerikada yayılıblar.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
