Yaponiyanın Susami şəhərində dünyanın ən dərin poçt qutusu suyun altında yerləşir. Bu poçt qutusu dəniz səviyyəsindən 10 metr dərinlikdədir və dalğıclar tərəfindən istifadə olunur.

1999-cu ildə qurulan bu qeyri-adi poçt qutusu turistlərin böyük marağına səbəb olub. Buraya məktub göndərmək istəyənlər suya davamlı xüsusi kartlardan istifadə edirlər. Kartlarını yazıb möhürlədikdən sonra dalğıcların köməyi ilə poçt qutusuna atırlar. Maraq doğuran məqam isə bu məktubların həqiqətən də yerinə çatdırılmasıdır. Yerli poçt işçiləri mütəmadi olaraq qutunu yoxlayır və məktubları sahilə çıxarıb ünvanlarına göndərirlər.
Bu qeyri-adi poçt xidməti Susami şəhərini məşhurlaşdırıb və turistlər üçün unikal bir təcrübə yaradıb.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
