Qədim Avropalılar düşündüyümüzdən daha tünd dəriyə sahib olublar.

Yeni araşdırmalara görə, min illər əvvəl yaşamış Avropalılar bugünkü təsəvvürlərimizdən fərqli olaraq, daha tünd dəri rənginə sahib olublar. Genetik analizlər göstərib ki, Avropaya ilk gələn insanlar hələ uzun müddət açıq dəriyə malik olmayıblar.
Tədqiqatçılar müəyyən ediblər ki, Avropada məskunlaşmış ilk insanlar, xüsusilə də, Mesolit dövründə yaşayanlar, qara və ya tünd qəhvəyi dərili olublar. O dövrdə günəş işığına daha az məruz qaldıqları üçün D vitamini çatışmazlığı problemi olmayıb və ona görə də açıq dəriyə ehtiyac duymayıblar.
Sonradan, əkinçiliyin yayılması və insanların daha az günəş işığı alan bölgələrdə məskunlaşması ilə dərinin rəngi açılmağa başlayıb. Bu, insan orqanizminin D vitamini sintezini yaxşılaşdırmaq üçün keçirdiyi təkamül nəticəsində baş verib. Alimlər hesab edirlər ki, bugünkü Avropalıların açıq dərili olması məhz bu dəyişikliklərin nəticəsidir.
Bu araşdırma Avropanın qədim əhalisi haqqında təsəvvürlərimizi yenidən nəzərdən keçirməyə vadar edib və insan təkamülünün kompleks proses olduğunu bir daha sübut edib.
Mənbə: Allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
