Bu gün:

Göy qurşağında bənövşəyi rəngin olmamasının səbəbi


İnsanlar göy qurşağını gördükdə adətən qırmızı, narıncı, sarı, yaşıl, mavi və bənövşəyi rəngləri seçirlər. Amma alimlər bildirirlər ki, təbii göy qurşağında əsl bənövşəyi rəng yoxdur. Bunun səbəbi insan gözünün işıq dalğalarını necə qəbul etməsidir.

İşıq spektrində bənövşəyi rəng yalnız mavi və qırmızı dalğaların qarışığı ilə yaranır. Lakin göy qurşağında bu iki rəng birbaşa qarışmadığı üçün insan gözü onu görmür. Bunun əvəzinə, biz göy qurşağının sonunda mavi ilə tünd göy arasındakı çalarları seçirik.

Alimlər süni işıqlandırma ilə bənövşəyi rəngin görünə biləcəyini qeyd edirlər. Lakin təbiətdə baş verən optik hadisələr nəticəsində yaranan göy qurşağında bənövşəyi əslində mövcud deyil.


Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova



Paylaş
Şərh əlavə et