
Tayland yalnız tropik adaları, qədim buddist məbədləri və isti iqlimi ilə deyil, həm də özünəməxsus mətbəxi ilə dünyada tanınır. Tayland mətbəxi dörd əsas ləzzət balansına əsaslanır: şirin, acı, turş və duzlu. Bu balans, yeməklərin həm dadlı, həm də fərqli olması ilə nəticələnir. Tayland yeməklərində əsasən pirinç, dəniz məhsulları, ədviyyatlar, tropik meyvələr və tərəvəzlər geniş istifadə olunur.
Tayland yemək mədəniyyəti
Taylandlılar üçün yemək yalnız qidalanmaq deyil, eyni zamanda sosial bir hadisədir. Yalnız yemək yeməyin uğursuzluq gətirdiyinə inanılır, buna görə yeməklər adətən böyük süfrələrdə ailə və dostlarla paylaşılır. Həmçinin, Taylandda yeməklər bıçaq istifadə edilmədən, yalnız qaşıq və çəngəllə yeyilir.
Tayland mətbəxində çoxlu müxtəlif otlar və ədviyyatlar istifadə olunur. Ən çox istifadə edilənlər zəncəfil, zərdəçal, limon otu, keşniş, sarımsaq və yaşıl köri yarpaqlarıdır. Bu ədviyyatlar yeməklərə xüsusi aroma və dad verir.
Əgər siz acı yeməklərlə aranızın yaxşı olmadığını düşünürsünüzsə, "Mai Pet" (az acı və ya acısız) ifadəsini bilməniz sizin üçün xeyirli olacaq. Tayland yeməkləri çox acı ola bilər və bu ifadə, yeməklərin damaq zövqünüzə uyğun hazırlanmasını təmin edəcək.
Taylandın ən məşhur yeməkləri
Tayland mətbəxinin zənginliyini göstərən bir çox yemək var. Aşağıda ən məşhur və dadmalı olduğunuz Tayland yeməklərini sizin üçün sıraladıq:
1. Tom yum kung – Ədviyyatlı karides çorbası
Taylandın ən məşhur yeməklərindən biri olan Tom Yum Kung, karides, limon otu, zəncəfil və acı bibər ilə hazırlanır. Turş və acı dadı ilə tanınan bu çorba, Tayland restoranlarında ən çox sifariş edilən yeməklər arasındadır.
2. Tom Kha Kai – Kakos südü ilə toyuq çorbası
Hindistan cevizi südü, zəncəfil və toyuq ilə hazırlanan bu çorba, Tom Yum çorbasına bənzəsə də, daha yüngül və kremli bir dada malikdir.
3. Phat thai – Tay usulü əriştə
Phat Thai, Tayland mətbəxinin simvollarından biridir. Eriştə, karides, yer fıstığı, tamarin sousu və yumurta ilə hazırlanan bu yemək, turistlərin ən çox sifariş etdiyi yeməklərdən biridir.
4. Kaeng khiao wan kai – toyuqlu yaşıl köri
Taylandın məşhur köri yeməklərindən biri olan Kaeng Khiao Wan Kai, Hindistan cevizi südü, yaşıl köri pastası və toyuq əti ilə hazırlanır. Yeməyə dad verən əsas elementlərdən biri də Taylandın xüsusi reyhan yarpaqlarıdır.
5. Kaeng phet pet yang – Sobada qızardılmış ördək körisi
Bu yemək ördək əti, köri sousu və Hindistan cevizi südü ilə hazırlanır. Ördək sevənlər üçün əvəzolunmaz bir Tayland ləzzətidir.
6. Yam Nnua – Baharatlı ət salatı
Əgər yüngül, lakin ləzzətli bir yemək istəyirsinizsə, Yam Nua əla seçimdir. Mal əti, limon suyu, keşniş, soğan və acı bibər ilə hazırlanan bu salat, Taylandın məşhur küçə yeməklərindən biridir.
7. Kai phat met mamuang himmaphan – Kaju Cəvizli toyuq
Bu yemək toyuq, kaju, soya sousu və tərəvəzlər ilə hazırlanır. Tayland restoranlarının demək olar ki, hamısında rast gəlmək mümkündür.
Tayland mətbəxində ən çox istifadə edilən tərkiblər
Tayland yeməkləri fərqli ləzzətləri və ekzotik tərkibləri ilə tanınır. Burada ən çox istifadə edilən məhsullardan bəziləri:
✅ Pirinc – Tayland mətbəxinin əsas qidasıdır və çörək əvəzi qəbul edilir.
✅ Dəniz məhsulları – Karides, balıq, kalamar və midyə ən çox istifadə edilənlər arasındadır.
✅ Egzotik tərəvəzlər – Bambu filizi, tatlı kartof, ekzotik lobya və Tayland göbələkləri məşhurdur.
✅ Tropik meyvələr – Tayland meyvələri arasında mango, dragon fruit, guava, rambutan, jackfruit və durian xüsusilə sevilir.
Tayland mətbəxi fərqli dadları bir araya gətirən, acılı, turşulu, duzlu və şirin elementləri tarazlayan bir mətbəxdir. Əgər siz fərqli ləzzətləri sınamağı sevirsinizsə, Tayland yeməkləri sizin üçün əla seçim olacaq.
İstifadə edilən mənbələr: lezzet dergisi ,unileverfoodsolutions.com.tr
Hazırladı: Fatimə Cabbarlı
