Restoranlar təkcə təqdim etdikləri ləzzətlərlə deyil, ev sahibliyi etdikləri konseptlərlə də diqqət çəkməyi hədəfləyir. Bu, fərqli və maraqlı dizayn, mövzu və təqdimatlarla xidmətlər təklif edən restoranlarla qarşılaşmağımıza səbəb olur. Həyat müxtəlif təcrübələri ilə həmişə bizimlə olmağı bacarır. Hazırladığımız siyahıda dünyanın müxtəlif yerlərindən normadan kənara çıxmaq və ya əyləncəli yemək istəyənlərin ziyarət edə biləcəyi 4 maraqlı restoran nümunəsi tapa bilərsiniz.

1. Fortezza Medicea restoranı, İtaliya
Həbsxana mövzusunu bir addım irəli aparan Fortezza Medicea restoranı müştərilərinə birbaşa həbsxanada yemək imkanı təqdim edir.
İtaliyada yerləşən Fortezza Medicea restoranı 1200-cü illərə aid qalanın içərisindəki həbsxanada yerləşir. Ağır cinayətkarların da yaşadığı həbsxana məhbusların sosial həyata yaxınlaşması və dünya ilə əlaqə saxlaması üçün restoran kimi fəaliyyətə başlayıb.
İtaliyanın aparıcı aşpazlarından aşpazlıq təhsili alan cinayətkarlar, ilin müəyyən günlərində öz bacarıqlarını nümayiş etdirirlər. İlin cəmi 8 günü açıq olan Fortezza Medicea restoranında rezervasiya etmək üçün Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş sənəd tələb olunur.
2. Ithaa restoranı, Maldiv adaları
Quruda yeməkdən yorulanlar üçün ideal məkanlardan biri olan Ithaa restoranı Maldiv adalarında yerləşir. Təxminən 5 metr dərinlikdə kapsulda qonaqlarını qarşılayan məkan, dünya mətbəxindən bir çox ləzzət təqdim edir.
Sualtı restoranın tutumu 14 nəfərlə məhdudlaşır. Bunun üçün əvvəlcədən yaxşı rezervasiya etmək lazımdır. Dəniz canlılarını seyr edərkən xoş yeməklər yeyə biləcəyiniz restoran 2 nəfər üçün 150 dollar civarındadır.
3. Kayabukiya Tavern, Yaponiya
Maraqlı şeylər dedikdə ağıla ilk gələn yerlərdən biri olan Yaponiya müxtəlif restoranlara ev sahibliyi etməkdə də çox müvəffəqiyyətlidir. Bu restoranlardan biri olan “Kayabukiya tavern”də ofisiantlara meymunlar da köməklik edir.
“Ucuz əməkdən bu qədər sui-istifadə etmək olmaz” deyənlər üçün deyək ki, meymunlar ən çox 2-3 saat işləyirlər. (Yer sahibinin dediyinə görə, növbələrini tamamlayan meymunlara da mükafatlar verilir.)
Qeyd edək ki, həmin yerin sahibinin də meymunu var və o, restoranda ofisiant işləyir.
4. El Diablo restoranı – Teguise, İspaniya
İspanlara və turistlərə vulkanik dağda nahar etmək imkanı təqdim edən El Diablo restoranı getdikcə daha çox insan cəlb edir. Aktiv vulkanların istisi ilə bişirilən yeməklər İspaniyanın aparıcı aşpazları tərəfindən hazırlanır. Xüsusilə qril yeməyi sevənlər və fərqli məkanda yemək istəyənlər üçün ideal məkan olan El Diablo Restoranının interyer dizaynı da kifayət qədər təsir edicidir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
