Bu gün:

Hans Zimmerman mahnı yazmaq üçün nədən ilhamlandığını açıqladı


Film bəstəkarı Hans Zimmer etiraf edib ki, musiqi yazmaq üçün onun ilhamı çox çalışan iki uşağı olan uydurma tək anadan gəlir.

150-dən çox filmə musiqi yazan 67 yaşlı alman film bəstəkarı Hans Zimmer musiqi yazarkən Dorris adlı iki uşaqlı xəyali tək anadan ilham aldığını söyləyib. Bu barədə Deadline yazır.

"Mən rejissorlar üçün yazmıram, prodüserlər üçün yazmıram və əlbəttə ki, studiyalar üçün yazmıram" dedi İnception, Interstellar, Dune və The Lion King kimi filmlərin musiqisini yazan Oskar və Qremmi mükafatçısı.

Zimmer deyir ki, o, Doris adlı uydurma fiqurdan ilham alır. Bu qadın Böyük Britaniyanın Bradford şəhərində yaşayır. "O, tənha anadır, iki nadinc övladı var. Soyuqdan əlləri qızarıb. "O, övladlarını yedizdirmək, kirayə pulu vermək, çətinliklərin öhdəsindən gəlmək üçün çox zəhmət çəkir”, - bəstəkar musiqisini həsr etdiyi xəyali qəhrəmanı belə təsvir edib.

Zimmerin qeyd etdiyi kimi, ilham pərisi çölə çıxmaq və zəhmətlə qazandığı pulu filmə xərcləmək həvəsi yarandıqda, Dorrisin onu israf etməməsini istəyir. “Bu adam üçün musiqi yazıram. Və buna görə yazıram. "Mən Doris üçün yazıram", - filmin bəstəkarı yekunlaşdırdı.

Mənbə: mel.fm

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et